Unibankın “Əjdaha” lotereyasının qaliblərinə hədiyyələr təqdim olunub
Lotereyadan məlumatı olmayan Toyota Corolla Cross avtomobili qazanıb(®) “Unibank”ın “Əjdaha” lotereyasının birinci tirajının qaliblərinə əsas hədiyyələr birbaşa təqdim olunub, pul uduşları isə qaliblərin kartlarına köçürülüb.
Xatırladaq ki, Xəzər TV-nin canlı efirində xüsusi kompüter proqramı vasitəsilə 252 qalib seçilib. Lotereyanın şərtlərinə görə, 2 nəfər Toyota Corolla Cross avtomobili, 10 nəfər iPhone 15 Pro, 20 nəfər 1000 AZN, 20 nəfər 500 AZN, 200 nəfər isə 100 AZN qazanıb.
“Əjdaha” lotereyasının ilk qalibləri öz təəssüratlarını bölüşüblər:
Birinci tirajda iPhone 15 Pro qazanan Y. İbrahimov uzun illərdir Unibank müştərisidir: “Qaliblər siyahısında olduğumu deyəndə, çox sevindim. Unibank şəffaflığı ilə yenə də fərqini ortaya qoydu”.
iPhone 15 Pro-nun daha bir qalibi N.Sadıqov 10 ildən çoxdur Unibank müştərisidir. Lotereya müddətində daha çox qazanmaq üçün bütün alış-verişlərini, ödənişlərini UCard-la edib: “Qalib olmağımla bağlı zəng gələndə, əvvəlcə inanmadım, sonra 117-yə zəng edib dəqiqləşdirdim. Müştərilərinə sevinc yaşatdığına görə “Unibank”a minnətdaram”.
Toyota Corolla Cross avtomobilinin qalibi E.Yusifov da 5 ildən çoxdur Unibank kartından istifadə edir: “ Doğrusu, lotereyadan məlumatım yox idi deyə, Xəzər TV canlı efirindən zəng gələndə ki avtomobil qazanmısınız, əvvəl zarafat kimi qəbul etdim. Bu gün burada maşını təhvil alanda isə o sevinci təkrar yaşadım”.
“Əjdaha” lotereyasında telefon sahibi olan C. Rzayev lotereyadan məlumatlı olduğu üçün bütün ödənişlərini Unibank kartı ilə edib ki, qalib olmaq şansı çox olsun:”Lotereyanın şəffaf keçəcəyinə inanırdım, amma özümün qalib olacağına yox. İndi hədəfim maşındır. Ona görə çalışacam ki, şanslarımı daha çox artırım”.
Təqaüdçü Ə. Əbdurəhimov isə 20 ildən çoxdur Unibank müştərisidir: “Mən həmişə alış-verişimi Unibank kartı ilə eləmişəm. Çox rahat kartdır. Lotereyadan xəbərim yox idi. Zəng edəndə də, fikirləşdim kimsə zarafat edir. Qızım adımı bankın saytından tapıb göstərəndən sonra, inandım ki telefon udmuşam”.
Birinci tirajın ikinci Toyota Corolla Cross avtomobilinin qalibi C. Zeynalov üçün də gələn zəng sürpriz olub: “Cəmi bir neçə gün əvvəl sürücülük vəsiqəsi almışdım, hətta evdə deyirdim ki, maşını yəqin bir neçə ilə ala bilərəm. Unibank məni çox sevindirdi, arzumu reallaşdırdı”.
Növbəti tirajlarda hələ 1000-dən çox Unibank müştərisini lotereyanın qiymətli hədiyyələrinə sahib olmaq şansı gözləyir. Odur ki, sentyabrın 20-dək ödənişlərinizi Unibank kartları ilə edin və ikinci tirajda qalib olmaq şansınızı artırın. Hər 10 manat bir şansdır. Hər tirajda minimum 50 manatlıq ödəniş etdiyiniz halda, lotereyada iştirak şansı qazanırsınız. Bu zaman əvvəlki tirajda qazandığınız şanslar da yeni şanslarınıza əlavə olunur.
Lotereya haqqında daha ətraflı məlumatı bankın saytından (https://unibank.az/lottery/index?language=az) öyrənə bilərsiniz.
Unibank kartınla xərclə və “Əjdaha” lotereyasında iştirak et!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
-
1 saat əvvəl
Sumqayıt Sənaye Parkında ötənilki satışın yarısı ixraca yönəldilib
-
-
1 saat əvvəl
Yevlax Pilot Aqroparkına investisiya qoyuluşu 60 milyon manata yaxınlaşıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
"CFI Financial Group" Azərbaycandakı törəməsindəki payını azaldıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Milli Məclis təklifi qəbul etdi - Ödənişli yollarda maksimum sürət həddi müəyyənləşdi
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Dövlət müəssisələri tərəfindən Maliyyə Nazirliyinə təqdim ediləcək məlumat və hesabat formaları təsdiq edilib
"CFI Financial Group" Azərbaycandakı törəməsindəki payını azaldıb
Naxçıvanda içməli su ilə təminat subartezian quyular ilə yaxşılaşdırılacaq - 40 QUYU QAZILACAQ, SİYAHI
Milli Məclis təklifi qəbul etdi - Ödənişli yollarda maksimum sürət həddi müəyyənləşdi
Milli maraqlara zidd olan biznes dövlət tərəfindən alınacaq
Ən çox oxunanlar
Lənkəranda 90 çarpayılıq "Yaşa Hospital" açılıb
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq
Azərbaycan neftinin son qiyməti
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
Apple istehsalının bir hissəsini ABŞ-yə köçürür























