İtaliyada turist vergisi 25 avroya qədər artırıla bilər

İtaliya hökuməti səyahətçilər üçün turizm vergilərini artırmağı düşünür - maksimum vergi qonaqlar üçün gecəlik 25 avroya qədər artırıla bilər. Buna səbəb yayda ölkəyə çox böyük turist axını olub.
Marja xəbər verir ki, İtaliya hakimiyyəti yayda turist axınının çox olması səbəbindən səyahətçilər üçün turizm vergilərinin artırılması imkanlarını araşdırır.
Bu barədə “The Telegraph” məlumat yayıb.
İndi ölkədə turist vergisi həm xarici, həm də italyan turistlərdən tutula bilər. Səyahətçinin qaldığı məkandakı ulduzların sayından asılı olaraq otel və ya qonaq evində bir nəfər üçün gecəlik ödəniş 1 avrodan 5 avroya qədərdir. İndi İtaliya hakimiyyəti turist vergisini artırmağı düşünür. Belə ki, qiyməti 100 avrodan aşağı olan otaqlarda qalan qonaqlar üçün vergi gecəlik 5 avroya, 100 avrodan 400 avroya qədər olan otaqlarda 10 avroya qədər, gecəlik qiyməti 400-750 avro olan otaqlarda 15 avroya qədər, gecəlik qiyməti 750 avrodan çox olan otaqlarda 25 avroya qədər artırıla bilər.
Turizm naziri Daniel Santançenin sözlərinə görə, İtaliya hökuməti sentyabrda turizm sənayesinin nümayəndələri ilə təşəbbüsü müzakirə edəcək və daha sonra vergilərin artırılmasına ehtiyac olub-olmaması barədə qərar verəcək. Nazir sosial mediada qeyd edib ki, "Həddindən artıq turist axını dövrlərində biz bu tədbirləri xidmətləri daha da təkmilləşdirmək və onlar üçün pul ödəyən səyahətçiləri daha məsuliyyətli etmək yolu kimi müzakirə edirik".
İtaliyada böyük otellər və beynəlxalq otel şəbəkələrini təmsil edən Confindustria Alberghi-nin direktoru Barbara Casillo İtaliya mediasına verdiyi açıqlamada yüksək turizm vergilərinin "turistləri qorxuda biləcəyini" və onları digər Avropa istiqamətlərini seçməyə məcbur edə biləcəyi barədə xəbərdarlıq edib.
Bu yayın əvvəlində Venesiya hakimiyyəti avqustun 1-dən şəhərə gələn turist qruplarının sayını 25 nəfərlə məhdudlaşdırmaq qərarına gəlib. Bundan əlavə, indi bələdçilərə turlarda səsgücləndiricilərdən istifadə etmək qadağandır. Hakimiyyət bir neçə dəfə şəhəri qorumaq üçün kütləvi turizmlə mübarizə aparmağa hazır olduqlarını bəyan edib. Ən son belə təşəbbüslərdən biri aprel ayında saat 8:30-dan 16:00-a kimi Venesiyada səfər etmək üçün bir ay üçün 5 avro rüsum tətbiq etmək qərarı idi. Təcrübə iyul ayında başa çatıb, rüsumun ödənilməməsinə görə 50 avrodan 300 avroya qədər cərimələr tətbiq edilirdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
3 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
-
3 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
4 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 4 saat əvvəl
-
4 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
5 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 5 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
