Azercell-dən yeni “Kinon” videoyayım xidməti - QİYMƏTLƏR
Yeni tətbiq ilə 240-dan çox kanalı 14 gün pulsuz izləAzercell-in yeni “Kinon” xidməti 240-dan çox yerli və xarici kanalı, istənilən zövqə uyğun ən məşhur filmləri bir tətbiqdə birləşdirir.
“Kinon”dan istifadə asan və sərfəlidir: Xidmətdən eyni anda üç müxtəlif cihazda, ən əsası isə 5 fərqli hesab yaradaraq bir abunəlik paketi çərçivəsində yararlanmaq mümkündür. Tətbiqi “Google Play” və “AppStore”dan yükləmək olar.
Xidmətə qoşulmaq üçün zəngin məzmuna malik iki abunəlik paketi təklif olunur: “Kinon + Amediateka” və “Amediateka”.
“Kinon + Amediateka” paketinə TV kanalların yüksək keyfiyyətli canlı yayımı, həmçinin “HBO”, “BBC”, “ABC Studios”, “Sony Pictures” və “WarnerMedia” kimi nəhəng film studiyalarının yeni film və serialları daxildir. Abunəliyi aktivləşdirmək üçün telefonun ekranında *800#YES USSD kodunu yığmaq lazımdır. Hazırda xüsusi kampaniya çərçivəsində bu paketə qoşulan abunəçilərə xidmətdən 14 gün pulsuz istifadə imkanı və TV kanalları izləmək üçün 5GB həcmində internet hədiyyə edilir. Bu müddət bitdikdən sonra xidmətin aylıq abunə haqqı 9 AZN təşkil edir.
“Amediateka” paketində isə “HBO”, “BBC”, “ABC Studios”, “Sony Pictures” və “WarnerMedia” studiyalarının yeni məzmunlarını yüksək keyfiyyətdə izləmək imkanı verilir. Abunə olmaq üçün telefonun ekranında *890#YES yığmaq kifayətdir. Aylıq xidmət haqqı 3.99 AZN-dir.
Paketləri istənilən zaman deaktiv etmək olarş
Qeyd edək ki, “Kinon”dan Android və iOS əməliyyat sistemlərini dəstəkləyən bütün smartfonlarda, Android TV və Samsung Smart TV-lərdə, planşetlərdə və digər cihazlarda yarlanmaq mümkündür. Tezliklə “Kinon” LG Smart TV-lər üçün də əlçatan olacaq.
Xidmət haqqında daha ətraflı məlumat üçün Azercell və ya Kinon səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
27 d. əvvəl
Neft qiymətilə bağlı bədbin proqnoz - 40 dollaradək düşə bilər
-
-
36 d. əvvəl
Növbəti köç karvanı Cəbrayıl rayonunun Horovlu kəndinə çatıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın Mərkəzi Asiya ölkələri üzrə ticarət nümayəndəsi təyin edilib
-
1 saat əvvəl
Ziraat Bank Azərbaycan məktəblilər üçün maliyyə savadlılığı təlimi təşkil etdi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Sahibkar Vüsal Qurbanov "ilişdi" - “AUXs” adlı kondisionerlərin satışında cinayət tərkibi
-
3 saat əvvəl
Haqsız rəqabətə yol verilib - 6 təsərrüfat subyekti barəsində qərar qəbul edilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Neft qiymətilə bağlı bədbin proqnoz - 40 dollaradək düşə bilər
Biznesiniz üçün QISA NÖMRƏ alın
Noyabrın 19-da gözlənilən hava şəraiti
“Finex Kredit” yeni imtiyazlı səhmlər buraxmaq istəyir
5 bankda 9 aylıq xalis mənfəət 40 milyon manatdan çoxdur
Çörək şirkəti adını və təşkilati-hüquqi formasını dəyişib
iPhone 17 Çində satış rekordu qırdı
Azərbaycan neftinin son qiyməti
Naxçıvanda 8635 daşınmaz əmlak qeydiyyata alınıb






















