Ölçmə vasitələrinin yoxlanılmasını həyata keçirən fiziki şəxslərə dair yeni qaydalar təsdiq edilib
Ölçmə vasitələrinin yoxlanılması fəaliyyətini həyata keçirən fiziki şəxslər, eləcə də bu sahədə akkreditasiya olunan qurumların yoxlayıcı qismində fəaliyyət göstərən əməkdaşları attestasiya olunmaq məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etməlidirlər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 dekabr tarixli 394 nömrəli qərarı ilə təsdiq edilmiş “Ölçmə vasitələrinin yoxlanılması Qaydası və yoxlama nişanına dair Tələblər”ə əsasən, ölçmə vasitələrinin yoxlanılması İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən müəyyən edilmiş qaydada yoxlayıcı qismində attestasiya olunmuş fiziki şəxslər tərəfindən həyata keçirilir.
Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən “Ölçmə vasitələrinin yoxlanılmasını həyata keçirən fiziki şəxslərin attestasiyası Qaydaları” təsdiq edilib.
Qaydalara əsasən, ölçmə vasitələrinin yoxlanılması fəaliyyətini həyata keçirən fiziki şəxslər, eləcə də bu sahədə akkreditasiya olunan qurumların yoxlayıcı qismində fəaliyyət göstərən əməkdaşları attestasiya olunmaq məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etməlidirlər.
Qaydalarda ölçmə vasitələrinin yoxlanılmasını həyata keçirən fiziki şəxslərə (yoxlayıcılara) dair aşağıdakı tələblər müəyyənləşdirilib:
- ali təhsilin və ya orta ixtisas təhsilinin olması;
- ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində əmək stajı:
- texniki sahələrdə ali təhsilli namizəd üçün ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində ən azı 6 (altı) aylıq, metrologiya ixtisası üzrə ali təhsilli namizəd üçün ən azı 3 (üç) aylıq əmək stajı;
- digər sahələrdə ali təhsilli və ya orta ixtisas təhsilli namizəd üçün ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində ən azı 2 (iki) illik əmək stajı;
- olduğu halda peşə təhsili müəssisəsində və ya ixtisasartırma kursunda iştirakı;
attestasiya olunmaq üçün müraciətdə qeyd edilmiş ölçmə növü üzrə attestasiya olunmuş digər yoxlayıcı ilə həmin ölçmə növü üzrə ən azı 5 müxtəlif tipdə ölçmə vasitəsini yoxlamaq şərtilə ən azı 5 (beş) iş günü müddətində təcrübə keçməsini təsdiq edən sənəd.
Qeyd edək ki, attestasiyadan keçmiş yoxlayıcılara Dövlət Xidməti tərəfindən 5 il müddətində qüvvədə olan attestat verilir.
Əlavə olaraq bildiririk ki, “Ölçmə vasitələrinin yoxlanılmasını həyata keçirən fiziki şəxslərin attestasiyası Qaydaları” ilə Dövlət Xidmətinin rəsmi internet səhifəsində (https://competition.gov.az) “Məlumat mərkəzi” bölməsinin “Vacib məlumatlar” altbölməsində (https://competition.gov.az/az/page/melumat-merkezi/information) tanış ola bilərsiniz.
Yoxlayıcı qismində attestasiyadan keçmək məqsədilə fiziki şəxslər “Ölçmə vasitələrinin yoxlanılmasını həyata keçirən fiziki şəxslərin attestasiyası Qaydaları”na 1 nömrəli əlavədəki ərizə formasını (https://bit.ly/4dI0FQb) dolduraraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəsmi internet səhifəsində “Ərizə, şikayət, təklif” bölməsi və ya elektron poçt ([email protected]) vasitəsilə müraciət edə bilərlər.
Müştərilərin xəbərləri

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
21 saat sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
1 saat sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
30 d. əvvəl
Ramada brendinin Gəncədəki yeganə oteli fəaliyyətini yenidən bərpa edir
-
1 saat əvvəl
Naxçıvanda 106 layihəyə 8,5 milyon manat məbləğində güzəştli maliyyə dəstəyi göstərilib
-
2 saat əvvəl
Ekoloji həllər üçün vacib addım: Azərbaycanda ilk “WaterTech Bootcamp”
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
2025-ci ilin ilk yarısı: zəifləyən qeyri-neft sektoru hansı siqnalları verir?
- 4 saat əvvəl
Son Xəbərlər

Sentyabrın 19-da gözlənilən hava şəraiti

Norveç Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Fed-in faiz endirimi və bazarlara təsiri: Analitik baxışı

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"

Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub

Azərbaycan neftinin son qiyməti

Bakıda yeni “McDonald’s” restoranı - “Port Baku Mall”un qarşısında fəaliyyətə başladı - FOTOLAR

Gəncə və Göygöldəki restoranlarda yoxalama aparılır, nöqsanlar aşkar edilib - SİYAHI

Bakı Ağ Şəhərdəki bu obyektdə nə baş verir?
