Azərbaycanda əhalinin hər 1000 nəfərinə düşən doğulan körpə sayı azalır
Əhalinin 1000 nəfərinə düşən doğulan körpə sayı azalaraq 10,7-dən 9,6-ya düşmüşdür. Əhalinin hər 1000 nəfərinə nikahların sayı da azalaraq 4,8-dən 4,4-ə düşmüşdür.2024-cü ilin yanvar-iyul ayında Azərbaycanın iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində demoqrafik vəziyyət barədə də məlumatlar verilib.
Marja.az xəbər verir ki, ilin əvvəlindən ölkə əhalisinin sayı 19 min 243 nəfər və ya 0,2 faiz artaraq 2024-cü il iyul ayının 1-i vəziyyətinə 10 milyon 200 min 13 nəfərə çatmışdır. Əhalinin 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
Cari ilin iyul ayının əvvəlinə əhalinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 23,0 faizi Bakı şəhərində, 9,2 faizi Lənkəran-Astara, 8,6 faizi Abşeron-Xızı, 7,3 faizi Qarabağ, 7,1 faizi Mərkəzi Aran, 6,7 faizi Qazax-Tovuz, 6,2 faizi ŞəkiZaqatala, 5,9 faizi Gəncə-Daşkəsən, 5,4 faizi Quba-Xaçmaz, 5,1 faizi Mil-Muğan, 4,9 faizi Şirvan-Salyan, 3,1 faizi Dağlıq Şirvan, 2,9 faizi Şərqi Zəngəzur iqtisadi rayonlarında məskunlaşmışdır.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2024-cü ilin yanvar-iyun ayları ərzində 48 min 702 doğulan körpə qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,7-dən 9,6-ya düşmüşdür.
Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olmuşdur. Körpələrdən 1622-si əkiz, 72-si üçəm və 4-ü isə dördəm doğulmuşdur.
Doğum səviyyəsi əhalinin hər 1000 nəfərinə Dağlıq Şirvan (11,9), Lənkəran-Astara (11,6), Şərqi Zəngəzur (11,4), Qarabağ (11,3), Quba-Xaçmaz (10,9), Mil-Muğan (10,8), Mərkəzi Aran və Şirvan-Salyan (10,6), Qazax-Tovuz (10,5) iqtisadi rayonlarında ölkə göstəricisindən (9,6) yüksək olmuşdur.
Cari ilin birinci yarısında ölkədə 29 min 775 ölüm halı qeydə alınmış və 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6,0-dan 5,9-a düşmüşdür.
Bu ilin yanvar-iyun aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 22 min 250 nikah və 10 min 430 boşanma halları qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,8-dən 4,4-ə düşmüş, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalmışdır.
Nikaha daxilolma səviyyəsi Şərqi Zəngəzur (5,4), Qarabağ (5,3), Qazax-Tovuz və Mil-Muğan (4,7), Bakı şəhəri, Dağlıq Şirvan və Lənkəran-Astara (4,6), Naxçıvan Muxtar Respublikası və Mərkəzi Aran (4,5) iqtisadi rayonlarında ölkə göstəricisindən (4,4) yüksək olmuşdur.
2024-cü ilin ilk altı ayı ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 1487 nəfər gələn, Azərbaycandan isə 1171 nəfər gedən qeydə alınmış, miqrasiya saldosu ölkə üzrə müsbət 316 nəfər təşkil etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
28 d. əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
-
30 d. əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 42 d. əvvəl
-
1 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
1 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
1 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
Rəsmi məzənnələr açıqlandı
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
























