Azərbaycanda ilk dəfə RPA Community yaradıldı
(®) Azərbaycanın aparıcı şirkətləri olan ABB, Azercell, Bank Respublika, Kapital Bank, PAŞA Bank, PAŞA Həyat, PAŞA Holding, PAŞA Sığorta, Rabitəbank və Unibank’ın birgə təşəbbüsü ilə RPA Community yaradılıb.
Bu icma ölkəmizdə Robotik Proseslərin Avtomatlaşdırılması (RPA) sahəsinə əhəmiyyətli töhfə verməklə rəqəmsal transformasiyanı təşviq etmək və şirkətlər arasında əməkdaşlığı gücləndirmək məqsədi daşıyır.
Bu çərçivədə 15 iyul tarixində RPA Community iştirakçılarının ilk görüşü baş tutub. Müxtəlif şirkətlərdən olan iştirakçılar proseslərin avtomatlaşdırılmasında RPA-nın tətbiqi, səmərəliliyin artırılması strategiyaları və əməliyyat xərclərinin azaldılması üsullarını müzakirə edərək öz təcrübələrini paylaşmaq üçün bir araya gəliblər. Həmçinin görüşdə PAŞA Həyat şirkətinin əməkdaşları şirkətdə tətbiq olunan proses və RPA haqda təqdimat edilib.
Məlumat verək ki, RPA müəssisələrə proqram robotlarından istifadə edərək gündəlik və təkrarlanan tapşırıqları avtomatlaşdırmağa imkan verən texnologiyadır. Bu botlar sadə məlumatların daxil edilməsi işlərindən tutmuş mürəkkəb proseslərinə qədər bir çox işi insan müdaxiləsi olmadan yerinə yetirmək üçün insan hərəkətlərini təqlid edə bilər. RPA alətləri tətbiqlər, sistemlər və məlumatlar ilə insanlara bənzər şəkildə, lakin daha yüksək sürət, dəqiqlik və ardıcıllıqla qarşılıqlı əlaqə yaratmaq üçün nəzərdə tutulmuşdur.
Tədbirin sonunda iştirakçılar arasında geniş netvörkinq və əlaqələrin ötürülməsi təşkil olundu və gələcəkdə daha çox belə tədbirlərin keçiriləcəyi bildirildi. Qeyd edək ki, bu təşəbbüs, Azərbaycanda RPA texnologiyasının yayılmasına və bu sahədə yeni imkanların yaradılmasına əhəmiyyətli bir töhfə verəcəkdir.
PAŞA Həyat şirkəti RPA Community’nin ilk görüş tədbirini təşkil edərək RPA Community yardılmasında təşəbbüskar addım atmışdır.
Bu birliyə qoşulmaq üçün RPA Communyti’nin sosial şəbəkə səhifələrini izləyə bilərsiniz.
Facebook: https://www.facebook.com/profile.php?id=61562337032890
Instagram: https://www.instagram.com/rpacommunity.aze/
Linkedin: https://www.linkedin.com/company/104562182/admin/dashboard/
Telegram: https://t.me/rpacommunityazerbaijan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 2 saat əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
2 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti





















.jpg)





