Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi dəyişdi
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin qərarı ilə bu gün, 19 iyul 2024-cü il tarixində təşkilatın növbədənkənar konfransı keçirilib.
Cəmiyyətin adından mətbuata göndərilən məlumata görə, konfrans “Wyndham Garden Baku” otelinin “Xan Çınar” zalında baş tutub. Təşkilat üzvlərinin əksər çoxluğunun iştirakı baş tutan növbədənkənar konfransda Cəmiyyətin İdarə Heyətinin üzvlərinin və digər təşkilatlar üzvləri fikirlərini bildirərək, son iki ildə təşkilatın fəaliyyəti, müsbət və mənfi nəticələr, mövcud problemləri müzakirə edib, nöqsanları səsləndiriblər.
Lakin Cəmiyyətin bu günə qədər sədri olan Vüqar Oruc konfransda iştirakdan imtina etdiyi üçün səsləndirilən nöqsanlara, iradlara cavab almaq mümkün olmayıb.
Konfarns öz işini müvafiq qaydada həyata keçirməklə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin seçkili orqanlarına yenidən seçkilərin keçirilməsi barədə müsbət qərar verdikdən sonra seçki prosesi baş tutub.
Seçkinin nəticələrinin yekunu olaraq Ramil Osmanlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yeni sədri seçilib.
Eyni zamanda yeni tərkibdə, Ramil Osmanlı, Nüsrət İbrahimov, Rəşad Əliyev, Elnur Əsədov, Zamin Hüseynov, Nahid Həsənov, Ayan Qəmbərova, Pərviz Qulami, Xaliq Qurbanov, Səidə Şabanova, Şükür Hüseynov, Elçin Mahmudov və Fərid Hüseynov olmaqla, 13 nəfərdən ibarət İdarə Heyəti, Elnur Azadov, Günay İsmayılqızı, Vəfa Quliyeva, Emin Mədətov və Vasif Məmmədli olmaqla, 5 nəfərdən ibarət Nəzarət Təftiş Komissiyasının üzvləri seçilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
9 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir















.jpg)



.jpg)

