"AFB Bank" 2024-cü ilin ilk 6 ayını xalis mənfəət ilə başa vurub
"AFB Bank" ASC 2024-cü ilin 1-ci yarısını (yanvar-iyun) 634 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 5 milyon 495 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "AFB Bank "ın xalis mənfəəti 2024-cü ilin ilk 6 ayında 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4 milyon 861 min manat və ya 88,5% azalıb. Xalis mənfəətin azalması xərclərin gəlirlərdən daha çox artması və bu il mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara vəsait ayrılması ilə əlaqədardır.
FAİZ GƏLİRLƏRİ ARTIB
Marja.az xəbər verir ki, 2024-cü ilin ilk 6 ayı ərzində "AFB Bank"nın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 474 min manat və ya 3,3% artaraq 14 milyon 663 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 1 milyon 761 min manat və ya 16,1 % artaraq 12 milyon 695 min manat təşkil edib. Xərclər gəlirlərdən daha çox artdığı üçün Bankın əməliyyat mənfəəti 1 milyon 287 min manat azalaraq 1 milyon 968 min manat təşkil edib (2023-cü ilin ilk 6 ayında 3 milyon 255 min manat).
Həmçinin, ilk 6 ayda "AFB Bank" əməliyyat mənfəətindən 1 milyon 334 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb. 2023-cü ilin eyni dövründə ehtiyatlardan azad olan 2 milyon 240 min manat mənfəətə əlavə olunmuşdu.
2024-cü ilin yanvar-iyun dövründə ötən ilin eyni dövrü ilə müqayisədə "AFB Bank"ın faiz gəlirləri 1 milyon 526 min manat 16,8% artaraq 10 milyon 586 min manat təşkil edib.
İPOTEKA KREDİTLƏRİ PORTFELİ BÖYÜYÜB
31 iyun 2024-cü il tarixində “AFB Bank” 297 milyon 511 min manat cəmi aktivlərə, o cümlədən 170 milyon 424 min manat kredit portfelinə (müştərilərə verilmiş kreditlər); 223 milyon 719 min manat öhdəliklərə, o cümlədən 141 milyon 671 min manat depozit portfelinə malik olub. Bank 2023-cü ilin sonunda 330 milyon 668 min manat cəmi aktivlərə, o cümlədən 180 milyon 50 min manat kredit portfelinə; 249 milyon 998 min manat öhdəliklərə, o cümlədən 168 milyon 256 min manat depozit portfelinə malik olub.
“AFB Bank”ın ipoteka kreditləri portfeli 2024-cü ilin ilk 6 ayında 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4 milyon 486 min manat artaraq 66 milyon 304 min manata yüksəlib, istehlak kreditləri portfeli 2 milyon 813 min manat azalaraq 19 milyon 193 min manata, biznes kreditləri portfeli isə 11 milyon 298 min manat azalaraq 84 milyon 927 min manata geriləyib.
72 MİLYON MANATA YAXIN MƏCMU KAPİTALI VAR
30 İyun 2024-cü il tarixində "AFB Bank" 71 milyon 642 min manat məcmu kapitala malik olub. Bu da Mərkəzi Bankın kommersiya banklarına qarşı minimal məcmu kapital tələbindən (50 milyon manat) çoxdur. Bank ötən ilin sonunda 78 milyon 862 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
7 d. əvvəl
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
-
- 46 d. əvvəl
-
1 saat əvvəl
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
-
1 saat əvvəl
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
- 1 saat əvvəl
-
2 saat əvvəl
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
- 2 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
15 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
Mercedes yenə BMW-dən geri qaldı
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
Rəsmi məzənnələr açıqlandı
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Ən çox oxunanlar
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"




















