"Yapı Kredi Bank Azərbaycan" 2-ci rübü 4.4 milyon manat xalis mənfəətlə başa vurdu
"Yapı Kredi Bank Azərbaycan" QSC ilin ikinci rübünü 4.4 milyon manat xalis mənfəətlə başa vurub.
Bankın yaydığı press-relizdə bildirilir ki, bank ötən ilin ikinci rübü ilə müqayisədə 22% artım əldə edərək, bu ilin ikinci rübünü 4.4 milyon manat mənfəətlə başa vurmuşdur.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar - iyun ayları üzrə faiz gəlirləri 24% artaraq 21 milyon manat, qeyri-faiz gəlirləri 22% artaraq 11 milyon manat təşkil edib. Ümumilikdə, xalis faiz gəlirləri keçən ilin analoji dövrü ilə müqayisədə 18% artaraq 19 milyon manat olmuşdur.
Cari ilin ikinci rübündə bankda müştərilərə verilən kredit porfelininin həcmi keçən ilin sonu ilə müqayisədə 8% artmış və 314 milyon manat təşkil etmişdir. Belə ki, istehlak kreditləri 7% artaraq 73 milyon manata, daşınmaz əmlak kreditləri 27% artaraq 44 milyon manata çatmışdır. Biznes kreditləri cari ilin ikinci rübündə 4% artaraq 197 milyon manat təşkil etmişdir.
Bankda depozit portfeli 374 milyon manat təşkil etmişdir. Fiziki şəxslərdə bu rəqəm keçən ilin sonu ilə müqayisədə 27% artaraq 115 milyon manat, hüquqi şəxslərin depozit portfeli isə 259 milyon manat təşkil edib.
Yapı Kredi Bank Azərbaycan cari ilin ikinci rübündə Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən müəyyən olunmuş prudensial normativləri lazımı səviyyədə yerinə yetirmişdir. Belə ki, bankın I dərəcəli kapitalının adekvatlıq əmsalı 18.30%, məcmu kapitalının adekvatlıq əmsalı isə 20.35% olmuşdur. Bankın tutulmalardan sonra məcmu kapitalı 93 milyon manat təşkil edib. Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən minimum məcmu kapital norması 50 milyon manatdır.
Əsas səhmdarı Türkiyənin Yapı Kredi A.Ş. bankı olan “Yapı Kredi Bank Azərbaycan” QSC Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 28 d. əvvəl
-
- 43 d. əvvəl
-
1 saat əvvəl
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
- 1 saat əvvəl
-
2 saat əvvəl
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
-
2 saat əvvəl
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
- 3 saat əvvəl
-
3 saat əvvəl
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
- 3 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Azərbaycan neftinin son qiyməti
Mercedes yenə BMW-dən geri qaldı
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
























