"Yapı Kredi Bank Azərbaycan"ın xalis mənfəəti artıb - MALİYYƏ VƏZİYYƏTİ
"Yapı Kredi Bank Azərbaycan" QSC 2024-cü ilin ilk 6 ayını (yanvar-iyun) 4 milyon 383 min manat xalis mənfəət ilə başa vurub. Bank 2023-cü ilin eyni dövrünü 3 milyon 604 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Yapı Kredi Bank Azərbaycan"ın xalis mənfəəti 2024-cü ilin ilk yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 779 min manat və ya 21,6% artıb.
Marja.az xəbər verir ki, 2024-cü ilin ilk 6 ayı ərzində "Yapı Kredi Bank Azərbaycan"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 6 milyon 217 min manat və ya 23,5 % artaraq 32 milyon 674 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 5 milyon 922 min manat və ya 30,6 % artaraq 25 milyon 67 min manat təşkil edib. Gəlirlər xərclərdən daha çox artdığı üçün Bankın əməliyyat mənfəəti 295 min manat artaraq 7 milyon 407 min manata yüksəlib (2023-cü ilin ilk 6 ayında 7 milyon 112 min manat).
"Yapı Kredi Bank Azərbaycan" 2024-cü ilin yanvar-iyun dövründə əməliyyat mənfəətindən 1 milyon 431 min manat mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayrıb (2023-cü ilin eyni dövründə 2 milyon 277 min manat ayrılmışdı).
BANK BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
2024-cü ilin yanvar-iyun dövründə "Yapı Kredi Bank Azərbaycan"ın cəmi aktivləri 11 milyon 674 min manat və ya 2,3% artaraq 526 milyon 535 min manata çatıb. O cümlədən, Bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 22 milyon manat və ya 7,5% artaraq 313 milyon 778 min manata yüksəlib. "Yapı Kredi Bank Azərbaycan"ın istehlak kreditləri portfeli 4 milyon 672 min manat artaraq 72 milyon 687 min manata, biznes kreditləri portfeli 8 milyon 51 min manat artaraq 196 milyon 934 min manata, ipoteka kreditləri portfeli isə 9 milyon 277 min manat artaraq 44 milyon 158 min manata qalxıb.
BANKDA ƏHALİNİN PULU ARTIB
2024-cü ilin ilk 6 ayı ərzində "Yapı Kredi Bank Azərbaycan"da cəmi depozitlər 7 milyon 122 min manat və ya 1,9% artaraq 373 milyon 817 min manata, o cümlədən fiziki şəxslərin depozitləri 24 milyon 574 min manat artaraq 114 milyon 532 min manata yüksəlib.
MƏCMU KAPİTALI ARTIB
30 İyun 2024-cü il tarixində "Yapı Kredi Bank Azərbaycan" 92 milyon 965 min manat məcmu kapitala malik olub. Bank 31 Mart 2024-cü il tarxində 90 milyon 745 min manat məcmu kapitala malik idi.
Qeyd edək ki, "Yapı Kredi Bank Azərbaycan" QSC "Yapı və Kredi Bankası A.Ş"nin (Türkiyə) törəmə bankıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
23 d. əvvəl
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
-
-
30 d. əvvəl
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
- 31 d. əvvəl
-
48 d. əvvəl
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
- 56 d. əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
14 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 14 saat əvvəl
-
15 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
Rəsmi məzənnələr açıqlandı
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Ən çox oxunanlar
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
























