Rusiyadan gətirilmiş 10 ton kartofun geri qaytarılması və ya məhv edilməsi barədə qərar qəbul edilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri çərçivəsində "Azərbaycan-Alman Dağ Toxumçuluğu" MMC tərəfindən Rusiya Federasiyasından (istehsalçı - “Samara-Solana” QSC) ölkəyə idxal edilmiş ümumi çəkisi 10 000 kq toxumluq kartof məhsulu partiyasından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında idxal tələblərinə uyğun olaraq müayinələrə cəlb edilib.
Aparılmış müayinələr nəticəsində məhsulda karantin tətbiq edilən orqanizm − kartof yumrularında halqavari bakterial çürümə (Clavibacter michiganensis subsp. sepedonicus (Spieckermann et Kotthoff) Davis et al.) müəyyən olunub.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq, ölkəyə idxal olunan ərzaqlıq kartof məhsulu partiyasına idxal sağlamlıq aktının verilməsindən imtina edilib, sirayətlənmiş məhsul partiyasının fitosanitar təhlükəsizlik qaydalarına əməl edilməklə emala göndərilməsi, ixracatçı ölkəyə geri qaytarılması və ya məhv edilməsi barədə qərar qəbul edilib.
Məlumat üçün bildiririk ki, kartof yumrularında halqavari bakterial çürümə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 29 dekabr tarixli 280 nömrəli Qərarına əsasən, Azərbaycan Respublikası ərazisində aşkar edilməyən, karantin tətbiq edilən zərərli orqanizmlərin (A 1 qrupu) siyahısına daxil edilib.
Qeyd edilən xəstəlik rast gəlindiyi ölkələrdə təsərrüfatlarda 70%-ə qədər məhsul itkisinə səbəb olur. Tənzimləyici uzunmüddətli məhvetmə tədbirləri və çirklənmiş torpaqlarda sonrakı istehsalın məhdudlaşdırılması nəticəsində mühüm itkilər baş verir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 9 saat əvvəl
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Ən çox oxunanlar
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub






















