Xalq Bank və "Baku City Residence" xüsusi kobrend Visa kartını təqdim ediblər
(®) Xalq Bank və “Baku City Residences” şirkəti yeni əməkdaşlıq layihəsinə imza atıblar. Belə ki, xüsusi imtiyazlara malik yeni “Sakin Kart” premium ko-brend kartı “Baku City Residences” sakinlərinin istifadəsinə verilib.
Visa beynəlxalq ödəniş sistemi tərəfindən dəstəklənən “Sakin Kart” Visa Platinum və Visa İnfinite olmaqla təqdim edilir. Sakinlər kartın müxtəlif loyallıq imkanlarından faydalana biləcəklər.
Belə ki, “Sakin kart” həm ölkə daxilində, həm də xaricdə aparılan nağdsız ödənişlərdən 2% keşbek qazandırmaqla yanaşı, kartdakı vəsaitin qalığına illik 5 %-lə əlavə gəlir hesablanır. Kartla istənilən bankın bankomatlarında vəsait nağdlaşdırmaq, ölkədaxili bütün kartlara komissiyasız köçürmə etmək və digər nağdsız əməliyyatlar aparmaq mümkündür.
Eyni zamanda, “Sakin Kart” vasitəsilə tərəfdaş şəbəkələrindən alış-veriş zamanı 40%-dək keşbək və digər endirimlərdən yararlanmaq olar.
“Sakin Kart” vasitəsilə Visa ödəniş sisteminin təqdim etdiyi dünyanın istənilən nöqtəsində premium xidmətlərdən rahatlıqla faydalanmaq mümkündür. Bu kartlarla səfər zamanı tibbi dəstək xidməti, 24/7 peşəkar Visa konsyerj servisi, LoungeKey proqramı çərçivəsində müxtəlif hava limanlarının biznes zallarına ödənişsiz keçid, hava limanlarında pulsuz sürətli keçid (Fast Track), müxtəlif ölkələrə viza alınması dəstəyi və havalimanlarına pulsuz transfer xidmətindən istifadə etmək olar.
2004-cü ildə əsası qoyulan Xalq Bank qısa zamanda müştərilərin etibarlı tərəfdaşına çevrilib. Hal-hazırda regionun ən dinamik inkişaf edən maliyyə qurumlarından biri olan Xalq Bank, öz müştərilərinə ən qabaqcıl və əlverişli xidmətləri təklif edir. Xalq Bank peşəkar heyəti, geniş filial şəbəkəsi və onlayn servisləri ilə hər zaman müştərilərin xidmətindədir.
“Baku City Residences” Azərbaycan daşınmaz əmlak bazarında 10 illik zəngin təcrübəyə malik olan bir brenddir. Müasirliyi və komfortu özündə birləşdirən “Baku City Residences”, müştərilər üçün ehtiyac duyulan xidmətləri vahid məkanda əlçatan edir. “Baku City Residences” qısa müddət ərzində düşünülmüş rahatlığı ilə seçilən “Baku City Residences Olimpik”, “Baku City Residences Khatai”, “Bayıl Bay”, “Yacht Club Residences”, “Şuşa City Residences” kimi layihələrə imza atıb.
Visa (NYSE: V) rəqəmsal ödənişlər sahəsində dünya lideridir və dünyanın 200-dən çox ölkə və ərazisində istehlakçılar, biznes, maliyyə və hökumət təşkilatları arasında həyata keçirilən maliyyə əməliyyatlarını dəstəkləyir. Şirkətin missiyası innovativ, rahat, etibarlı və təhlükəsiz ödəmə şəbəkəsi vasitəsilə dünyanı birləşdirməklə istehlakçıların rifahına xidmət etmək, biznes və iqtisadiyyat üçün davamlı inkişaf imkanlarını təmin etməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
İlham Əliyev “Qozlukörpü” Su Elektrik Stansiyasının açılışında iştirak edib
-
-
1 saat əvvəl
Qlobal şirkət qızıl və gümüş üçün qiymət proqnozlarını yuxarı qaldırıb
-
1 saat əvvəl
Qlobal bank 2027‑ci il üçün neftin qiyməti üzrə proqnozlarını aşağı saldı
-
2 saat əvvəl
Azərbaycanda "Starlink"in istifadə edildiyi sahələr açıqlanıb
-
2 saat əvvəl
Unibank maliyyə vəziyyətini açıqladı - AKTİVLƏRİ 2 MİLYARD MANATI KEÇİB
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tərtərdə hərbi məhsullar istehsal edəcək zavodun açılışı olub
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Azərbaycanda "Starlink"in istifadə edildiyi sahələr açıqlanıb
Biznes bankçılıqda daha çox rahatlıq – Expressbank
Sabah Bakıya sulu qar, bəzi rayonlara qar yağacaq
Ən çox oxunanlar
2026-cı ilin ötən günlərində ən sürətlə bahalaşan metal
Tərtərdə hərbi məhsullar istehsal edəcək zavodun açılışı olub
Azərbaycan neftinin son qiyməti
Azərbaycanın naziri İsrailin aparıcı heyvandarlıq müəssisələri və süd emalı zavodlarının fəaliyyəti ilə tanış olub
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
Mercedes yenə BMW-dən geri qaldı
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama





















