Azərbaycana mineral gübrə idxalı 4 dəfə artıb
2017-ci ilin birinci yarısında Azərbaycana 87 min 146,3 ton mineral gübrə idxal edilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 4,1 dəfə çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Ölkəyə idxal olunan mineral gübrələrin ümumi dəyəri 23 mln. 809,9 min dollar (artım 3,3 dəfə) təşkil edib”, - deyə məlumatda bildirilir.
Bundan başqa, 2017-ci ilin birinci yarısında Azərbaycana 2 mln. 927,8 min dollar dəyərində (azalma 71,7%) 14 min 81,5 ton sement və klinker (azalma 93,6%) idxal edilib.
Hesabat dövründə respublikaya 13 mln. 280,4 min dollar dəyərində (azalma 30,6%) 11 min 784,2 ton (azalma 28,2%) polietilen idxal edilib.
Yanvar-iyun aylarında Azərbaycana 83 mln. 536,6 min dollar dəyərində 133,7 min ton metalyayma məhsulu (azalma 1,4%), 26 mln. 963,4 min dollar dəyərində 52 min 835,9 ton qara metaldan hazırlanan çubuqlar (artım 15,9%), 13 mln. 383,1 min dollar dəyərində 19 min 115,1 ton qara metaldan hazırlanan günyə (artım 36,6%), 69 mln. 268,2 min dollar dəyərində 48 min 932,8 ton qara metaldan hazırlanan boru (azalma 66,5%) idxal edilib.
© “İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 12 saat sonra
-
-
1 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
10 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 10 saat əvvəl
-
10 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
12 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"


















.jpg)





