“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”nin xalis mənfəəti azalıb
"Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC 2023-cü ili 57 min 194 manat xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ili 170 min 150 manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti"nin xalis mənfəəti 3 dəfəyə yaxın azalıb.
Marja.az xəbər verir ki, "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti"nin cəmi gəlirləri 2022-ci ildə 17 milyon 504 min manat ikən, 2023-cü ildə 11 milyon 381 min manata düşüb. Yığılan sığorta haqları isə 13 milyon 773 min manatdan 16 milyon 873 min manata yüksəlib. Cəmi gəlirlərdə azalma ehtiyata 8 milyon 304 min manat ayırma ilə əlaqədar olub.
2023-cü ildə "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti"nin sığorta ödənişləri 1,8 dəfə artaraq 4 milyon 406 min manat təşkil edib. 2022-ci ildə şirkətin sığorta ödənişləri 2 milyon 396 min manat olmuşdu.
"Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" Aqrar Sığorta Fondunu idarə edir. Aqrar Sığorta Fondu dövlət tərəfindən təsis olunan və riskləri daşıyaraq sığorta ödənişini həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir. İdarəedici Şirkət isə qeyri-həyat lisenziyasına malik olan sığorta şirkətləri tərəfindən təsis olunan və sığorta müqavilələrinin bağlanmasını təşkil edən müştərək sığortaçıdır.
"Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC 31 avqust 2020-ci il tarixində Azərbaycanda fəaliyyət göstərən 7 sığorta şirkəti (“Azərbaycan Sənaye Sığorta” ASC, “AzSığorta” ASC, “Bakı Sığorta” ASC, “Xalq Sığorta” ASC, “Qala Sığorta” ASC, “Meqa Sığorta” ASC, “PAŞA Sığorta” ASC) tərəfindən bərabər paylarla təsis edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 12 saat əvvəl
- 1 gün əvvəl
-
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
2 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti

















.jpg)




.jpg)

