ABB-nin Müşahidə Şurasına 2 üzv əlavə edilib
27 may 2024-cü il tarixində qiyabi şəkildə ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib.
Bankın yaydığı məlumatda bildirilir ki, iclasda bir sıra təşkilati məsələlərə də baxılıb və müvafiq qərarlar qəbul olunub.
Belə ki, ABB-nin Müşahidə Şurasının tərkibi növbəti müddətə təsdiqlənib və 2 üzv əlavə edilib. Yeni üzvlər Rüfət Əlimərdanov və Məcid Məmmədovdur.
1969-cu il təvəllüdlü Rüfət Əlimərdanov Azərbaycan Dövlət İqtisad Universitetində və Texas Universitetində təhsil alıb. 1997-ci ildən müxtəlif maliyyə institutlarında rəhbər vəzifələrdə çalışır. Digər üzv – 1981-ci il təvəllüdlü Məcid Məmmədov isə BDU-nun, Azərbaycan Dövlət İqtisad Universitetinin və Varvik Biznes Məktəbinin məzunudur. 2005-ci ildən müxtəlif kommersiya qurumlarında, o cümlədən bank sektorunda çalışıb. Qanunvericiliyin tələblərinə əsasən, təyinatlara dair Mərkəzi Bankın müsbət rəyi alındıqdan sonra namizədlər öz vəzifələrinin icrasına başlayırlar.
ABB Səhmdarlarının Ümumi Yığıncağında İdarə Heyəti sədrinin səlahiyyət müddəti 3 il uzadılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
14 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 14 saat əvvəl
-
16 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























