BOKT “Falcon Finance” böyüyüb, xalis mənfəəti 15 dəfəyə yaxın artıb
Bank Olmayan Kredit Təşkilatı “Falcon Finance” MMC 2023-cü ili 309 min 427 manat xalis mənfəət ilə başa vurub. Təşkilat 2022-ci ili 21 min 107 manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, BOKT “Falcon Finance”ın 2023-cü ildə xalis mənfəəti 2022-ci illə müqayisədə 14,7 dəfə artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından qaynaqlanır.
GƏLİRLƏRİ ARTIB
Marja.az Təşkilatın 31.12.2023-cü il tarixinə Maliyyə Hesabatları və Müstəqil Auditorların hesabatına istinadən xəbər verir ki, ötən il BOKT “Falcon Finance”ın faiz gəlirləri 2,5 dəfə artaraq 1 milyon 546 min 673 manata yüksəlib. Təşkilat 2022-ci ildə 616 min 202 manat faiz gəlirləri əldə etmişdi. Keçən il BOKT “Falcon Finance”ın haqq və komissiya gəlirləri isə 67,5% artaraq 37 min 269 manat təşkil edib. Gəlirlərin də artması Təşkilatın kredit portfelinin (müştərilərə verilmiş kreditlər) artması ilə əlaqədardır.
TƏŞKİLAT VƏ KREDİT PORTFELİ BÖYÜYÜB
BOKT “Falcon Finance”ın tərəfindən müştərilərə verilmiş cəmi kreditlər 2023-cü ildə 2022-ci illə müqayisədə 3 milyon 40 min 706 manat və ya 2 dəfə artaraq 5 milyon 986 min 165 manata çatıb. 2022-ci ilin sonunda Təşkilatın kredit portfeli 2 milyon 945 min 459 manat təşkil etmişdi.
Ötən il Təşkilatın cəmi aktivləri də 2 dəfədən çox artaraq 6 milyon 187 min 928 min manata yüksəlib.
31 dekabr 2023-cü il tarixində BOKT “Falcon Finance” 1 milyon manat nizamnamə kapitalına malik olub.
Bank Olmayan Kredit Təşkilatı "Falcon Finance” Məhdud Məsuliyyətli Cəmiyyəti 26.09.2013-cü il tarixli BKT-16 Saylı lisenziya əsasında fəaliyyətə başlayıb. BOKT pərakəndə biznes, kiçik və orta sahibkarlıq, böyük korporativ biznes üçün kreditlər təklif edir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
-
- 7 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 15 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
15 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım













.jpg)


.jpg)








