Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
(®) Ölkənin qabaqcıl internet provayderi “CityNet” Azərbaycanda ilk dəfə olaraq dünyanın məşhur TV platformaları ilə əməkdaşlığa başladı. Yeni əməkdaşlıqlar nəticəsində “CityNet” “Blu-TV”, “Canal+Group” və “Setanta Sports”a daxil olan kanalları Azərbaycana gətirir.
Artıq mart ayından etibarən “CityNet” müştəriləri Türkiyə istehsalı eksklüziv məzmunları və məşhur kino ulduzlarının çəkildiyi serialları “Blu-TV Play1” kanalından ödənişsiz izləyir.
“CityNet”-in “İnternet+TV” paketinə qoşulan müştəriləri təmamilə ödənişsiz şəkildə “Dizi”, “Filmbox”, “FilmBox Arthouse”, “FunBox UHD”, “Fast&FunBox”, “DocuBox”, “Gametoon”, “360 TuneBox” və “FightBox” kanallarını izləyə bilərlər. Bu kanallar “Canal+Group”-a daxil “SPI International” ilə əldə olunan razılaşma çərçivəsində “CityNet”-in TV yayımı xidmətinə daxil edilib. Bu kanallarda müştərilər Hollivud kinoları, sənədli filmlər, Türkiyə istehsalı seriallar, müxtəlif əyləncəli verilişlər, oyunlar izləyə və fərqli janrlarda musiqilər dinləyə bilərlər.
Dünyanın top futbol liqalarını, NBA, F1 kimi mühüm idman yarışlarını, eləcə də, böyük tennis turnirlərini yayımlayan “Setanta Sports” kanalları da artıq “CityNet” istifadəçiləri üçün aktivdir. “Setanta Sports” və digər idman kanallarını («Футбол», «Матч» və s.) əhatə edən paketə qoşulma haqqı 2 AZN təşkil edir. Mövcud “CityNet” müştəriləri isə bu paketdən ilk ay ödənişsiz yararlana bilərlər.
“CityNet” yüksək sürətli sabit internet, ev telefonu xətti və rəqəmsal TV (120 HD kanal olmaqla, 240-dan çox TV kanal) xidmətləri təqdim edən və daim inkişaf edən internet provayderidir. Qoşulma və ya ətraflı məlumat üçün www.citynet.az saytına keçid edə və ya *1177 ilə əlaqə saxlaya bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının fəaliyyətilə bağlı yeni məlumat
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
7 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
7 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
7 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
9 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb






.jpg)
















