Sahibkarlar üçün B2B Marketplace
(®) Epoint.az SMB müştəriləri üçün innovativ həllini təqdim edir - sahibkarlar üçün B2B Marketplace. Epoint-in Azərbaycanda e-ticarət məhsullarının rəqəmsal inkişafı və təşviqi üzrə tərəfdaşı rəqəmsal ödənişlər sənayesində dünya lideri Visa şirkətidir.
Epoint Inc. Sahibkarların bir-birlərinə xidmətlərini vahid platformada təklif etmələrinə kömək edəcək yeni məhsulumu - B2B Marketplace-i təqdim etməkdən məmnundur. Platforma bizneslərə öz xidmətlərini onlayn şəkildə tanıtmaq, eləcə də bizneslərini inkişaf etdirmək üçün digər sahibkarlardan xidmətlər almaq, unikal və tələb olunan təkliflər tapmaq imkanı verir.
Epoint ilə inteqrasiya sayəsində rəqəmsal formatda bütün xidmətlərin göstərilməsi hər bir biznes üçün əlçatandır.

"Bizim konsepsiyamız Apple və Google tərəfindən IOS və Android platformalarında edilən inqilaba əsaslanır. Biz bu platformanı dünya üzrə tərtibatçıları və biznes sahiblərini rəqəmsal platforma vasitəsilə birləşdirərək və bir kliklə bizneslərini böyütmək üçün lazımi xidmətləri onlayn əldə etməyi mümkün etməklə inkişaf etdirdik.
Marketplace-da öz komandamız tərəfindən yaradılmış funksiyalar, eləcə də digər şirkətlərin xidmətləri təqdim olunacaq. Biz beynəlxalq şirkət olduğumuz üçün, biznes müştərilərimiz bütün dünyada fəaliyyət göstərən xidmət təminatçılarına daha sərfəli şərtlərlə çıxış əldə edəcəklər.
Hazırda platformada 900-dən çox biznes müştərimiz var ki, onlar bazarda təqdim olunacaq əlavə xidmətlərdən yararlana, eləcə də öz xidmətlərini digər sahibkarlara təqdim edə bilərlər.

Başlanqıcda, biz otellər, hostellər, qonaq evləri və fərdi icarəyə verilən evlərin biznesləri üçün avtomatlaşdırılmış "Hotel Management" idarəetmə sistemini təqdim edirik. Bu sistem vasitəsilə, hər bir kiçik otelin və ya hostelin belə satışlarının idarəetmə paneli olacaq, və xidmətlərini, onlara pulsuz təqdim etdiyimiz şəxsi veb səhifədə təqdim edə biləcəklər. Müştəriləri rahatlıqla oteldə olan nömrələrin sayını, xarici və daxili görünüşü ilə tanış olub rezervasiya edib ödənişlərini edə biləcəklər. Vahid platforma vasitəsi ilə bütün sifarişlər, analitika və nömrələrin mövcudluğu idarə olunacaq. İlk qoşulan müştərilərə bu xidmət pulsuz təqdim olunacaq.
Hotel Management sistemi rezervasiyaların idarə edilməsi üçün adaptiv interfeys təqdim edir ki, bu da personalın uzunmüddətli təliminə ehtiyacı minimuma endirir və otel qonaqları asanlıqla və tez, uyğun otaq və ya çarpayı seçə, rezervasiya haqqını onlayn ödəyə və tətildən həzz ala bilərlər. Əminik ki, bizim inkişafımız ölkənin Turizm sektoruna daha da böyük təkan verəcək və bu sənayedəki bütün müəssisələrin rəqəmsallaşmasına kömək edəcək.

Bu yeni məhsulların ardınca, biz çox yaxında Çatdırılma, SMS göndərmə, Marketinq alətləri və biznesinizi bir kliklə onlayn tanıtmaq üçün tam inteqrasiya olunmuş xidmətləri işə salmağı planlaşdırırıq.
Bizim Marketplace, yeni məhsulların və texnoloji imkanların köməyi ilə biznesin daha da rəqəmsallaşmasına və bununla da ölkənin rəqəmsal biznes mühitinin daha da böyüməsinə töhfə verəcək. Əminik ki, bazarda yeni proqram təminatların və məhsulların köməyi ilə biz biznesin onlayn rejimdə aparılması prosesini sürətləndirə və ölkədə nağdsız ödənişlərin artımını stimullaşdıra biləcəyik”, - Epoint statapının təsisçisi və direktoru Zeynal Kərimzadə bildirib.
Epoint Azərbaycandan 500 Global beynəlxalq akselerasiya proqramına seçilən və investisiya cəlb edən ilk Fintex şirkətidir.
Platforma haqqında sizi maraqlandıran bütün məlumatları +99470 242 99 66 nömrəsinə zəng etməklə əldə edə bilərsiniz.
Rəsmi internet saytı - https://epoint.az
Email - [email protected]
Epoint.az sosial şəbəkələrdə – Facebook, Instagram, Linkedin
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
1 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Samir Rzayev: Naxçıvan reyslərində dəyişikliklər uçuş təhlükəsizliyi nəzərə alınaraq keçirilir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Rusiya AZAL təyyarəsinin vurulması ilə bağlı yaxın zamanda kompensasiya köçürəcək
-
2 saat əvvəl
15 il əvvəl bazardan çəkilmişdi, 100 yeni restoranla geri qayıdır
-
2 saat əvvəl
2 milyard 428 milyon dollarlıq ixracla Türkiyə tarixinin gündəlik ixrac rekordu yenilənib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
10 saat əvvəl
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
ABŞ və İran atəşkəsin 60 gün uzadılmasını müzakirə edir
Ən çox oxunanlar
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Azərbaycana düyü idxalı 18,3% azalıb
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Azərbaycan neftinin son qiyməti
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb






.jpg)

















.jpg)
