Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Çin Ticarət Nazirliyi ABŞ-ın Çin avtomobilləri ilə bağlı araşdırmasını pisləyir

"ABŞ-ın qeyri-tarif maneələri yaratmaq cəhdi qlobal avtomobil sənayesi və təchizat zəncirlərini sarsıdan tipik proteksionist təcrübədir",
iç səhifə xəbər başlığı altı (mobil)_31
Çin Ticarət Nazirliyi ABŞ-ın Çin avtomobilləri ilə bağlı araşdırmasını pisləyir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Çin,  casusluqda istifadə edildiyi iddia edilən Çin istehsalı olan avtomobillərlə bağlı ABŞ-ın araşdırmasından ciddi narahatdır.

Marja.az xəbər verir ki, bunu Çin Xalq Respublikasının Ticarət Nazirliyinin nümayəndəsi bildirib.

Reklam_3_11

"ABŞ milli təhlükəsizlik bəhanəsi ilə Çin avtomobillərinin normal ixracına maneələr yaradır", - Nazirliyin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, ABŞ-ın qeyri-tarif maneələri yaratmaq cəhdi qlobal avtomobil sənayesini və təchizat zəncirlərini sarsıdan və Amerika istehlakçılarının maraqlarına zərər verən tipik proteksionist təcrübədir.

"Çin ABŞ-ı bazar prinsiplərinə hörmət etməyə və ədalətli rəqabət mühiti yaratmağa çağırır"- Çin Xalq Respublikasının Ticarət Nazirliyinin nümayəndəsi deyib. Onun sözlərinə görə, Çin tərəfi "zəruri hallarda öz qanuni hüquq və maraqlarını qətiyyətlə qorumaq üçün təsirli tədbirlər görəcək".

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq də bildirib ki, ABŞ prezidenti Co Bayden ticarət-iqtisadi əməkdaşlıq məsələlərini siyasiləşdirir.

ABŞ, milli təhlükəsizliyinə mümkün təhdidlər səbəbindən idxal olunan Çin avtomobilləri ilə bağlı araşdırmaya başlayıb. Qeyd edilib ki,  Çindən idxal olunan nəqliyyat vasitələri vətəndaşlar və infrastruktur haqqında məxfi məlumatları toplaya və sonra onu Çin hakimiyyət orqanlarına ötürə bilər.

05.03.2024 13:29

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18