Azərbaycan banklarının faiz gəlirləri artıb
2024-cü ilin yanvar ayında Azərbaycan banklarının faiz gəlirləri 321 milyon manat təşkil edib ki, bu da 2023-cü ilin yanvar ayı ilə müqayisədə 47,4 milyon manat və ya 17,3% çoxdur.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, o cümlədən, bankların kreditlər üzrə cəmi faiz gəlirləri 39,8 milyon manat və ya 19,9% artaraq 239,7 milyon manat təşkil edib.
2024-cü ilin yanvar ayında Azərbaycan banklarının faiz və onlara bağlı xərcləri 19,2 milyon manat və ya 28,6% artaraq 86,4 milyon manat təşkil edib. O cümlədən, faiz xərclərinin 62,1 milyon manatını depozitlər üzrə ödənilmiş faizlər təşkil edib (2023-cü ilin yanvarında 48 milyon manat).
QEYRİ-FAİZ GƏLİRLƏRİ XƏRCLƏRİNİ ÖDƏMİR
2024-cü ilin yanvar ayında Azərbaycan banklarının qeyri- faiz gəlirləri 141,7 milyon manat, qeyri-faiz xərcləri isə 225,3 milyon manat təşkil edib. 2023-cü ilin yanvarında banklarının faiz gəlirləri 84,6 milyon manat, qeyri-faiz xərcləri isə 150,7 milyon manat təşkil etmişdi.
100 MİLYON MANATA YAXIN XALİS MƏNFƏƏT
2024-cü ilin yanvar ayında Azərbaycan banklarının əməliyyat mənfəəti 143,5 milyon manat (2023-ün yanvarında 134,5 milyon manat), xalis mənfəəti isə 99,6 milyon manat təşkil edib (2023-ün yanvarında 90,3 milyon manat).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)
















