2024-cü ilin ilk ayı üzrə elektrik enerjisi göstəriciləri açıqlanıb

2024-cü ilin yanvar ayı üzrə operativ məlumatlara əsasən, ötən ay respublikada elektrik enerjisinin istehsalı 2 401,6 mln. kVt·st olub.
EnergetikaNazirliyinin yaydığı məlumata görə, ay ərzində elektrik enerjisi istehsalı İES-lərdə 2 229,3 mln. kVt·st, SES-lərdə keçən ilin müvafiq dövrünə nisbətən 62,2 mln. kVt·st artımla 129,4 mln. kVt·st, digər mənbələr üzrə isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,0 mln. kVt·st artımla 42,9 mln. kVt·st. təşkil edib.
Bu dövrdə külək elektrik stansiyalarında 5,8 mln. kVt·st, günəş elektrik stansiyalarında 18,2 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 18,9 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
Yanvar ayında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 2 165,7 mln. kVt·st (İES-lərdə 2 041,1 mln. kVt·st, SES-lərdə 124,6 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 30,4 mln. kVt·st (İES-lərdə 24,03 mln. kVt·st, SES-lərdə 3,65 mln. kVt·st, Günəş ES-də 2,74 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 3,74 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 201,8 mln. kVt·st təşkil edib.
Ötən ay ərzində elektrik enerjisinin ixracı 116,3 mln. kVt·st, idxalı isə 19,0 mln. kVt·st olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
6 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 16 saat əvvəl
-
20 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
22 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
22 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
