Çinin daha bir avtomobil brendi Azərbaycan bazarında - MÜQAVİLƏ İMZALANIB
(®) Çin avtomobil istehsalçıları arasında daim ilk üçlükdə olan GAC brendi rəsmi olaraq Azərbaycan bazarına daxil olub.
Marja.az xəbər verir ki, GAC brendi Azərbaycanda tanınmış və böyük təcrübəyə sahib "Auto Azərbaycan" şirkətini özünə rəsmi distributor seçib.
Distributorluq müqaviləsi Çinin Guangzhou şəhərində GAC şirkətinin baş qərargahında imzalanıb.
Rəsmi distributorluq müqaviləsini "Auto Azərbaycan" şirkəti tərəfindən şirkətin baş direktoru Emil İsmayilov, GAC şirkəti tərəfindən isə Baş direktor Vei Haigang imzalayıb.
"Auto Azərbaycan" şirkətinin Marketinq departamentinin müdiri Vasif Əliyevdən aldığımız məlumata əsasən, GAC brendinin Azərbaycana 7 modeli idxal olunacaq. Bunlardan 5 model benzin mühərrikli, 2 model isə tam elektrikli avtomobillər olacaq. Rəsmi distributor Azərbaycan avtomobil alıcılarına GAC brendinin Empow, Emzoom, Emkoo, GS8, M8, Aion S və Aion Y modellərini təklif edəcək. Avtomobillərə 5 il / 250 000 km zəmanət veriləcək. GAC rəsmi satış və servis mərkəzi Babək prospekti 61C ünvanında fəaliyyət göstərəcək. Mart ayında brendin təqdimat mərasimi baş tutacaq.
GAC avtomobil brendi 1997-ci ildə yaradılıb və "GAC Group" şirkətlər qrupuna daxildir. "GAC Motor" premium sinifə aid olan avtomobillər, mühərriklər, avtomobil hissələri və avtomobil aksessuarları istehsal edir. Son 5 ildə GAC motor ardıcıl olaraq Çin avtomobil istehsalçıları arasında keyfiyyət göstəricilərinə görə 1-ci yerdə qərarlaşır.
Azərbaycanın dinamik avtomobil bazarında sahib olduğu lider mövqeyini hər zaman qorumağı bacaran "Auto Azərbaycan" şirkəti 1996-cı ildən fəaliyyət göstərir. "Auto Azərbaycan" şirkəti ölkəmizdə dünyaca məşhur Hyundai avtomobil markasının rəsmi distributorudur.
İstər paytaxtdakı, istərsə də, bölgələrdəki müştərilər üçün tam əlçatan olmağı hədəf götürən şirkət Hyundai markasının ölkə üzrə 10 satış və servis mərkəzindən ibarət diler şəbəkəsini formalaşdırıb.
"Auto Azərbaycan" bir şirkət olaraq bugünə kimi qazandığı biznes uğurları ilə Azərbaycan iqtisadiyyatına dəyər qatması və ölkənin ən mühüm sərvəti olan insan kapitalına dəyər verməsi ilə hər zaman qürur duyur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 17 d. əvvəl
- 28 d. əvvəl
- 32 d. əvvəl
-
- 32 d. əvvəl
-
43 d. əvvəl
Elektrik enerjisi və təbii qaz üçün sabit tariflər müəyyənləşdi - 1 yanvarda qüvvəyə minir
-
1 saat əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
1 saat əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
1 saat əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 1 saat əvvəl
-
2 saat əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
Son Xəbərlər
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
Azərbaycanda Aİ-92 markalı benzin və dizel bahalaşdı
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
Ən çox oxunanlar
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə





















