Türkiyənin 3 milyon nəfərdən çox vətəndaşı işsizdir
Türkiyə Statistika Təşkilatı (TÜİK) 2023-cü ilin dekabr ayı üzrə işçi qüvvəsi statistikalarını açıqlayıb.
Marja.az TÜİK-in məlumatına istinadən xəbər verir ki, Türkiyədə 15 və daha yuxarı yaşda olan işsizlərin sayı 2023-cü ilin dekabr ayında bir əvvəlki ayla müqayisədə 12 min nəfər azalaraq 3 milyon 98 min nəfərə düşüb. İşsizlik səviyyəsi 0,1 bənd azalaraq 8,8 faiz təşkil edib. İşsizlik səviyyəsi kişilər üzrə 7,1 faiz, qadınlar üzər isə 12 faiz olub.
2023-cü ilin dekabr ayında məşğul əhalinin sayı əvvəlki ayla müqayisədə 399 min nəfər artaraq 32 milyon 56 min nəfərə, məşğulluq səviyyəsi isə 0,6 bənd artaraq 48,8 faizə çatıb. Bu göstərici kişilər üzrə 66,1 faiz, qadınlar üzrə isə 31,9 faiz təşkil edib.
İşçi qüvvəsi 2023-cü ilin dekabr ayında bir əvvəlki ayla müqayisədə 387 min nəfər artaraq 35 milyon 154 min nəfər olub.
15-24 yaş qrupunu əhatə edən gənc əhali arasında işsizlik səviyyəsi əvvəlki ayla müqayisədə 0,8 bənd azalaraq 15,5 faizə düşüb.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
-
14 d. əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
19 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 31 d. əvvəl
- 33 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq























