Hacıqabul Sənaye Məhəlləsinin məhsul istehsalında sıçrayış olub
Hacıqabul Sənaye Məhəlləsində məhsul istehsalı 3 dəfədən çox artıb. Hacıqabul Sənaye Məhəlləsinə sahibkarlar tərəfindən bugünədək 45,6 milyon manat investisiya yatırılıb, mövcud layihələr üzrə əlavə olaraq 119 milyon manat investisiyanın da yatırılması nəzərdə tutulur.
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Hacıqabul Sənaye Məhəlləsində indiyədək 162 milyon manatdan çox məhsul istehsal edilib.
Bu barədə Marja.az-a İZİA-dan bildirilib.
Qeyd edilib ki, Sənaye Məhəlləsində məhsul istehsalında müsbət dinamika müşahidə olunur. Statistik göstəricilərə əsasən, 2022-ci ildə Sənaye Məhəlləsində 38 milyon manatlıq məhsul istehsal edilmişdisə, 2023-cü ildə 3 dəfədən çox (118 milyon manatdan çox) məhsul istehsal olunub.
Sənaye Məhəlləsində ümumi investisiya həcmi 164,5 milyon manat olan 14 sahibkarlıq subyekti rezident kimi qeydiyyatdan keçib və bunlardan 9-u fəaliyyətə başlayıb. Bugünədək Sənaye Məhəlləsinə sahibkarlar tərəfindən 45,6 milyon manat investisiya yatırılıb, 220-dən çox daimi iş yeri yaradılıb.
Növbəti mərhələdə mövcud layihələr üzrə Sənaye Məhəlləsinə əlavə olaraq 119 milyon manat investisiyanın yatırılması, 1500-dən artıq daimi iş yerinin yaradılması planlaşdırılır.
Sənaye Məhəlləsinin rezidentləri minik avtomobillərinin, nəqliyyat vasitələri üçün əyləc bəndlərinin, istilik izolyasiya məhsullarının, plastik qabların, tikinti materiallarının, plastik taraların istehsalı və s. sahələr üzrə ixtisaslaşıb.
Qeyd edək ki, sənaye sahəsində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə dövlət başçısının 2017-ci il 25 iyul tarixli Sərəncamı ilə yaradılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 3 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 3 saat əvvəl
- 12 saat əvvəl
-
16 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
17 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
18 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
18 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 18 saat əvvəl
-
18 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 18 saat əvvəl
Son Xəbərlər

Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Fitch İtaliyanın kredit reytinqini yüksəltdi

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq
Ən çox oxunanlar

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər
