Azərbaycan ərəb ölkələrinə “Sirli su” ixrac edəcək
“Sirab” Körfəz ölkələrinə də ixrac olunacaq.
Bunu Babək “Sirab” Açıq Səhmdar Cəmiyyətinin icraçı direktoru Zülfü Hüseynov bildirib.
"Minerallarla zəngin olan “Sirab” Azərbaycanın müxtəlif bölgələri ilə yanaşı, Rusiya, İraq, Türkiyə, Çin və Baltikyanı ölkələrdə çoxsaylı alıcı kütləsi qazanıb. Bundan əlavə, Körfəz ölkələrində də “Sirab”la əlaqədar qeydiyyat işləri artıq başa çatıb və yaxın zamanda həmin ölkələrə də ixracatı nəzərdə tutulur".
Qazandığımız uğurlara əsaslanaraq əminliklə deyə bilərik ki, “Sirab” mineral suyu gələcəkdə Avropa bazarında da layiqli yerini tutacaqdır”,- o deyib.
Bu gün 100-dən çox insanın çalışdığı “Sirab” Mineral Sular Zavodunda 7 texnoloji xətt quraşdırılmış 4 sex fəaliyyət göstərir. Bu xətlərdə qazlı və qazsız “Sirab” təbii mineral müalicəvi süfrə suyu müxtəlif həcmli plastik və şüşə butulkalara doldurulur. Hazırda zavodda 21 çeşiddə məhsul istehsal olunur. Qablaşdırmada istifadə edilən xammal isə Türkiyə və Gürcüstandan, eləcə də muxtar respublikada fəaliyyət göstərən “Gəmiqaya Holdinq”dən alınır.
“Sirab” mineral su yatağı Babək rayonunun Sirab kəndi ərazisində, Naxçıvan şəhərindən 14,6 kilometr şimal-şərqdə dağ ətəyində yerləşir. Qədim zamanlardan indiyədək “Sirab”dan həm də müalicə məqsədləri üçün istifadə edilib. Məhz insanlara şəfa verdiyi üçün bu su “Sirab” adlandırılıb, mənası “sirli su” deməkdir. Belə ki, karbon qazlı “Sirab” mineral suyu güclü ödqovucu təsirə malikdir. “Sirab”dan mütəmadi olaraq istifadə etməklə mədədəki qastrit xəstəliyinin qarşısını almaq olar. Bundan əlavə, maddələr mübadiləsinin pozulması, qaraciyər, mədə-bağırsaq, tənəffüs yolları xəstəliklərindən əziyyət çəkən, allergik rinit xəstəliyinə tutulmuş insanlara “Sirab” içmək məsləhət görülür. Yəni bu mineral su min bir dərdin dərmanıdır.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
17 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir











.jpg)






.jpg)


