Toyota 2023-cü ildə rekord sayda avtomobil, yük maşını və avtobus satıb
Toyota Volkswagen-i ötən il də ötüb. Avtomobil nəhəngləri arasında uçurum hər il artır.
Yaponiyanın aparıcı konserni Toyota və onun törəmə şirkətləri Daihatsu və Hino 2023-cü təqvim ilində dünya üzrə 11,23 milyon avtomobil, yük avtomobili və avtobus satıb ki, bu da korporasiyanın tarixində rekord göstəricidir.
Marja.az xəbər verir ki, bu barədə konsernin yaydığı press-relizdə deyilir.
2022-ci illə müqayisədə satış artımı 7,2% təşkil edib.
Toyota özü dünya üzrə 10,3 milyon avtomobil sataraq, satış rəqəmləri 9,24 milyon ədəd təşkil edən əsas rəqibi Almaniyanın avtomobil istehsalçısı Volkswagen-i ardıcıl dörd il geridə qoyub.
Toyota qeyd edib ki, satışın artımı dünyanın demək olar ki, bütün regionlarında sabit tələbat, eləcə də yarımkeçiricilərin qıtlığının azalması ilə bağlıdır.
Toyota Qrupu 2023-cü ildə 11,5 milyon avtomobil, yük maşını və avtobus istehsal edib ki, bu da rekord həddə çatıb. 2022-ci illə müqayisədə istehsalın artımı 8,6% təşkil edib.
Son bir neçə ildə Toyota və Volkswagen dünya üzrə avtomobil satışında liderlik uğrunda mübarizə aparırlar. 2020-ci ildə Toyota dörd illik fasilədən sonra bu göstəricidə liderliyini bərpa edib, o vaxtdan bəri avtomobil nəhəngləri arasında uçurum hər il artır.
Müştərilərin xəbərləri

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi

Baku International Arts Festival 2025 (BIAF 2025) — Bakının qəlbində musiqi, teatr, rəqs və incəsənət
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 21 saat sonra
- 20 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 45 d. əvvəl
-
51 d. əvvəl
Xalq Bank internet və mobil bankçılıq sistemində investisiya xidmətini istifadəyə verdi
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tether 20 milyard dollar sərmayə axtarır – Dəyəri 500 milyard dollara çata bilər
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi

Azərbaycan neftinin son qiyməti

Azərbaycan Prezidenti Finlandiya Prezidenti ilə görüşüb

Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar

Nvidia-dan süni intellektə 100 milyard dollarlıq yatırım

Neft, Trampın Rusiya açıqlaması ilə bahalaşdı

Mastercard Insights: İdmanı turizmin katalizatoru kimi

Son 2 gündə Bakıda imzalanmış sənədlər üzrə məbləğlər açıqlandı

Bank of Baku istiqrazları yüskək tələbatla satıldı - 99%-i fiziki şəxslər olan 601 investor!
