“Bank Silk Vey”in idarəetmə orqanında dəyişiklik olub
Səhmdarların Ümumi Yığıncağının 07 avqust 2017 il tarixli qərarına əsasən “Bank Silk Vey” ASC-nin idarəetmə orqanlarında dəyişiklik olmuşdur.
Bankdan "Marja"ya verilən məlumata görə, İdarə Heyətinin sədri Elçin Eldar oğlu Əhmədov – Müşahidə Şurasının sədri, İdarə Heyətinin üzvü, sədrin müavini Mahir Əvəz oğlu Əhmədov isə - İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir.
Xatırladaq ki, Elçin Eldar oğlu Əhmədov 08 fevral 1982-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2004-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə və Kredit" fakultəsini bakalavr, 2005-ci ildə isə magistr dərəcəsi ilə bitirmişdir. Bir çox tanınmış şirkətlərdə məsul və rəhbər vəzifələrdə işləyən cənab Əhmədov, 2009-cu ildə "Bank Silk Vey" ASC-nin İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş, 2012-ci ildən "Bank Silk Vey" ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyinat alaraq bugünədək icra etmişdir.
Yeni təyinat münasibətilə hər iki rəhbəri təbrik edir, gələcək işlərində müvəffəqiyyət və bol şanslar arzulayırıq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
34 d. əvvəl
Azərbaycan və Rusiya yükdaşımaların həcminin daha da artırılması üzrə tədbirləri müzakirə ediblər
-
- 38 d. əvvəl
- 41 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
-
1 saat əvvəl
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
-
1 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan və Rusiya yükdaşımaların həcminin daha da artırılması üzrə tədbirləri müzakirə ediblər
Tramp: İran razılığa gəlmək istəyir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
Supermarketlər şəbəkəsinin Xırdalanda filialı açılacaq
Bank Şirvanda yeni filialını açdı
Banklara ipoteka üçün yeni limitlər ayrıldı
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
Müharibənin ABŞ üçün xərci hesablanıb
TAP-ın ötürücülük gücü əlavə olaraq 1,2 milyard artırılıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi
“Trendyol”da Novruz endirimləri başlayır


















