Ötən il Gömrük Komitəsi 34 mindən çox hüquqpozma faktını aşkar edib
Hər gün 5-ə yaxın cinayət xarakterli hüquqpozma faktı aşkar edilib.Yanvarın 22-də Dövlət Gömrük Komitəsinin 2023-cü il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunan Kollegiya iclası keçirilib.
İclasda Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov çıxış edib.
"Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2023-cü il ərzində fəaliyyətinin nəticələri haqqında" məruzə ilə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru Bəhruz Quliyev çıxış edib.
Qeyd olunub ki, Dövlət Gömrük Komitəsi ötən ildə qarşıya qoyulmuş vəzifələri yüksək səviyyədə yerinə yetirmək məqsədilə gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi, çevik və şəffaf idarəetmə sisteminin tətbiqi, habelə gömrük inzibatçılığının normativ-hüquqi bazasının təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirib.
2023-ci il gömrük xətti ilə büdcə daxilolmalarında Komitə tərəfindən dövlət büdcəsinə 6 milyard 337 milyon 538 min manat vəsaitin köçürülməsi təmin edilib ki, bu da illik proqnoza nisbətdə 609 milyon 538 min manat və ya 10,6%, 2022-ci ilə müqayisədə isə 682 milyon 936 min manat və ya 12,1% çoxdur.
Ötən il ərzində 34100 hüquqpozma faktının aşkar edildiyini bildirən Komitə sədrinin birinci müavini vurğulayıb ki, bu faktlardan 1681-i cinayət xarakterli faktlar, 1224 fakt xarici valyuta vəsaitlərini xaricdən qaytarmama, 33 fakt gömrük ödənişlərinin ödənilməsindən yayınma üzrə, 131 digər cinayət xarakterli fakt üzrə olub.
Hesabat ilində ümumilikdə 640 kq 940 qramdan çox narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən çıxarılıb. Bu narkotiklərin 91%-ni daha təhlükəli ağır narkotik olan heroin təşkil edib.
Həmçinin qeyd olunub ki, 2023-cü ildə keçirilən “Gömrük Biznes Forumu”nda “Gömrük İNKİŞAF Modeli”nin bir sıra layihələrinin, o cümlədən Avtomatlaşdırılmış Risk Analiz Sisteminin (ARAS), Transxəzər Gömrük Tranzit Portalının, “Səlahiyyətli İqtisadi Operator proqramının və “Smart-Bot” mobil tətbiqi layihələrinin biznes ictimaiyyətinə geniş təqdimatları həyata keçirilib.
Komitənin rəsmi internet səhifəsinin “Sahibkarlar üçün” bölməsində “Müvəqqəti saxlanc və gömrük anbarı”, “Səlahiyyətli İqtisadi Operator” və “Əqli mülkiyyət hüquqları” altbölmələri yaradılaraq şəxslər üçün elektron müraciət etmə imkanı təmin olunub.
Eyni zamanda “Gömrük xidmətinin Fəaliyyət Proqramı”nda nəzərdə tutulan Tədbirlər Planının icrası nəticəsində gömrük ekspertizası rəylərinin elektron bazası yaradılıb, XİFMN-sı beynəlxalq izahnaməsi, gömrük dəyərinə düzəliş edilməsi üçün metodika və bildiriş forması, gömrük orqanları tərəfindən malların təsnifatının və mənşə ölkəsinin müəyyənləşdirilməsi üzrə məcburi qərarların qəbul edilməsinə, o cümlədən Səlahiyyətli İqtisadi Operator statusunun tətbiqinə dair Metodika və təlimatlar təsdiq edilib, sahibkarların Elektron Hesab Səhifəsinin əsas komponentlərinin tətbiqinə başlanılıb, poçt göndərişlərinin qeydiyyatı təkmilləşdirilib.
Sonra Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyev “Naxçıvan Baş Gömrük İdarəsinin 2023-cü il ərzində fəaliyyətinin nəticələri”, Dövlət Gömrük Komitəsinin sədrinin müşaviri Əsgər Məmmədov “Komitə sistemində aparılan struktur dəyişiklikləri və gömrük inzibatçılığın təkmilləşdirilməsi ilə bağlı görülən işlər” haqqında məruzələrlə çıxış ediblər.
Sonda Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov statistik təhlillər, araşdırmalar əsasında gömrük orqanlarının müxtəlif sahələr üzrə fəaliyyətindən danışaraq tapşırıq və tövsiyələrini verib.
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 21 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Təsisçiləri şirkətə illik 10 faizlə 142 milyon manat borc veriblər
-
2 saat əvvəl
Dağıstandakı “Ozon” logistika mərkəzi “Şimal-Cənub” dəhlizinin bir hissəsi olacaq
- 2 saat əvvəl
-
2 saat əvvəl
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
-
2 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Beynəlxalq Bankdan 100 milyon manatlıq istiqraz
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Uzbekneftegaz" və SOCAR Buxara neft emalı zavodunun modernləşdirilməsini müzakirə edib
Dünya İqtisadi Forumunun prezidenti istefa verib
Jeep istehsalçısı böyük məbləğdə zərər açıqladı
Yanvarda bank sektorunda çalışanların sayı 154 nəfər azalıb






















