Çinin Sian şəhərindən Bakıya 11 günə
Çindən yola salınan 2024-cü ilin ilk konteyner blok qatarı Azərbaycana çatıb. Çinin Sian şəhərindən çıxan blok qatarı artıq Bakı limanındadır.
Bu barədə Marja.az-a “ADY Konteyner” MMC-dən bildirilib.
Qeyd edilib ki, konteynerlər çox qısa müddətə, cəmi 11 günə Azərbaycana çatdırılıb. Yüklər Qazaxıstanın Aktau limanından Ələt limanına Qazaxıstanın “Berkut” fider gəmisi vasitəsilə gətirilib.
Qatar 55 konteynerdən ibarətdir. Hər biri 40 futluq olan konteynerlərdə ölkəmizə elektromobillər, tikinti materialları, müxtəlif ölçülü borular və digər məhsullar çatdırılıb.
Konteynerlər Abşeron Logistika Mərkəzində sifarişçilərə təhvil veriləcək.
Yaxın günlərdə Siandan Bakıya daha bir konteyner blok qatarı yola salınacaq.
“ADY Konteyner” MMC konteyner blok qatarlarının təşkili istiqamətində Çin şirkətləri ilə əməkdaşlığı davam etdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)




