Nazirlik bu gün Bakıda ərəblər ilə imzalanan sənədlər barədə məlumat yaydı
Azərbaycanda quruda 1 QVt gücündə günəş və külək layihələri inşa ediləcəkAzərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında energetika sahəsində əməkdaşlığa dair dörd sənəd imzalanıb.
Energetika Nazirliyindən Marja.az-a verilən məlumata görə, “Birləşmiş Ərəb Əmirliklərinin İnvestisiya Nazirliyi və Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında elektrik enerjisinin ötürülməsi layihələri üzrə İnvestisiya Əməkdaşlığına dair Anlaşma Memorandumu”, “Azərbaycanın bərpa olunan və təmiz enerji potensialından istifadənin daha da gücləndirilməsi və Yaşıl Enerjinin İxracı Əməliyyatlarına imkan verən Strateji Əməkdaşlıq üzrə Çərçivə Müqaviləsi”, “Azərbaycanda quruda quraşdırılacaq 1 QVt gücündə günəş və külək layihələrinin inşası üçün Tədbirlər Təqvimi (Yol Xəritəsi)”, həmçinin SOCAR və ADNOC arasında Strateji Əməkdaşlıq Sazişi imzalanıb.
Anlaşma Memorandumu enerji sektorunda, xüsusilə elektrik enerjisinin ötürülməsi layihələrində investisiya əməkdaşlığı üzrə çərçivənin yaradılmasını, şəbəkənin inkişafını, texniki bilik və təcrübə mübadiləsini nəzərdə tutur.
Strateji Əməkdaşlıq sənədi isə quruda 2 QVt günəş, 2 QVt külək, dənizdə 6 QVt külək enerjisi layihələri ilə yanaşı, damüstü günəş enerjisi layihələri, “yaşıl hidrogen”, “yaşıl ammonyak,” sintetik metan, dayanıqlı aviasiya yanacağı istehsalı və “yaşıl enerji”nin ixracı kimi yeni istiqamətlər üzrə əməkdaşlığı, investisiya imkanlarının öyrənilməsini əhatə edir.
“Azərbaycanda quruda quraşdırılacaq 1 QVt gücündə günəş və külək layihələrinin inşası üçün Tədbirlər Təqvimi (Yol Xəritəsi)” 2 günəş və 1 külək enerjisi layihələrinin 2024-2027-ci illər üzrə icra tədbirlərini əks etdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 19 saat sonra
- 1 saat əvvəl
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İKTA yeni şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
14 bank xalis mənfəət açıqladı - SİYAHI
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
İqtisadi Şuranın növbəti iclası keçirilib
Ən çox oxunanlar
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır
Unibank-ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
Azərbaycanda inflyasiya cüzi yavaşlayıb






.jpg)
.jpg)









.jpg)




