"Dövlət Turizm Agentliyi texniki səhvin qurbanı olub"
Dövlət Turizm Agentliyi "Qərbi Azərbaycan mətbəxinin təqdimatının təşkili ilə bağlı xidmətlərin satın alınmasına dair" keçirilən açıq tenderlə bağlı açıqlama yayıb.
Marja.az xəbər verir ki, açıqlamada deyilir:
"Dövlət Turizm Agentliyi tərəfindən "Qərbi Azərbaycan mətbəxinin təqdimatının təşkili ilə bağlı xidmətlərin satın alınmasına dair" keçirilən açıq tenderdə ərzaq məhsulları (ilk 84 sətir) üzrə göstərilən həcmlərdə yaranan yanlışlıqlarla bağlı bildiririk ki, dövlət satınalmalarının vahid internet portalına (etender.gov.az) məlumatlar daxil olunarkən mexaniki səhv nəticəsində bazar qiyməti sorğusunda iştirak edən iştirakçılardan birinin qiymət təklifi hissəsində yazılmış məlumatlar portalda iş həcmləri kimi göstərilmiş, nəticə etibarilə həcmlərin yerləşdirilməsi üçün nəzərdə tutulan sütuna səhvən qiymətlər daxil edilmişdir.
Eyni zamanda rəqəmlər bazar qiyməti cədvəlindən köçürülərkən rəqəmlərdə vergül qoyulan hissələr portal tərəfindən vergüllə deyil, tam olaraq oxunmuşdur (məsələn, 1-ci sətirdə - "un"un qarşısında qeyd olunan 2,00 ifadəsi 200 kimi əks olunmuşdur).
Bununla bərabər vurğulanmalıdır ki, qanunvericiliyə əsasən dövlət satınalmalarının vahid internet portalında yerləşdirilən "Əsas Şərtlər Toplusu"nda bütün məlumatlar düzgün formada göstərilmişdir və bu amil şirkətlərin şəffaf şəkildə müsabiqədə iştirakına tam şərait yaradır.
Qeyd olunan texniki səhvlərin aradan qaldırılması üçün sözügedən iş həcmləri cədvəlində müvafiq düzəlişlər olunmaqdadır.
Dövlət qurumlarının həyata keçirdiyi iş və xidmətlərə ictimai nəzarətin mövcudluğu dövlət maraqlarının qorunmasında xüsusi əhəmiyyət kəsb edir. Dövlət Turizm Agentliyi olaraq daim bu məqamı əsas götürərək fəaliyyət göstərir, hər zaman ictimaiyyət və medianı maraqlandıran və sual doğuran məsələlərin operativ cavablandırılmasını, düzgün, aydın və anlaşılan məlumatların bölüşülməsini prioritet hesab edir, Agentliyin fəaliyyətini yaxından izləyən və məsələnin ictimailləşdirilməsində iştirak edən hər kəsə təşəkkür edirik".
Həmçinin Agentlikdən bildirilib ki, ümumilikdə cədvəldəki məhsulların miqdarının göstərilməsində texniki olaraq səhvlərə yol verilib: “Cədvəldə 3.000 yazılıb, yəni 3 litr. Məsələn, hər hansı məhsuldan 400 kq yazılıb, əslində isə 0.4 kq olmalıdır. 150 nəfərlik tədbir üçün başa düşülən miqdarlarda - "tonlarla" və ya "yüz kiloqramlarla" məhsulun satın alınması, əlbəttə ki, heç bir məntiqə sığmır və məsələdə texniki bir səhvin olması aydın görünür”.
Qeyd edək ki, bir neçə gün öncə Dövlət Turizm Agentliyi “Qərbi Azərbaycan Mətbəxinin təqdimatı” adlı tədbir keçirəcəyi ilə bağlı məlumat verib. 150 nəfərin iştirakı nəzərdə tutulan tədbirin sifarişlərinin cədvəli sosial şəbəkələrdə müzakirə yaradıb. İzləyicilərin cədvəldə birmənalı qarşılamadığı əsas detal tədbirdə qonaqlara təqdim olunacaq arağın miqdarıdır. Belə ki, açıq tender məlumatlarındakı sözügedən cədvəldə ərik arağının miqdarı 3.000 litr göstərilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 6 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
















.jpg)






