Tesla qlobal elektrik avtomobil satışında Çinin BYD şirkətindən geri qaldı
Tesla, dünyanın ən çox satılan elektrikli avtomobil istehsalçısı olmaq yarışında Çinin BYD şirkətindən geri qalıb. BYD-nin elektrikli avtomobil satışları 2023-cü ilin son rübündə ilk dəfə Tesla-nı ötüb.Çinin BYD şirkəti 2023-cü ilin son rübündə ABŞ-ın elektrikli avtomobil istehsalçısı Tesla-nı geridə qoyub və dünyada ən çox elektrikli avtomobil satan marka olub.
Marja.az xəbər verir ki, Tesla 2023-cü ilin son üç ayında (oktyabr-dekabr) cəmi 484 min 507 ədəd elektrikli avtomobil satıb. Rəqəm analitiklərin 483 min 173 proqnozundan yüksəkdir.
Şinin BYD şirkətinin dünən yaydığı məlumatda, dekabr ayında satışların 70-dən çox artmasının köməyi ilə, dördüncü rübdə təkcə akkumulyatorla işləyən 526 min 409 ədəd nəqliyyat vasitəsi sataraq rekord qırdığını bildirilib. Beləliklə, BYD qlobal elektrikli avtomobil satışında Tesla-nı geridə qoyub.
Tesla-nın baş direktoru Elon Musk, 2023-cü ildə 1,8 milyon ədəd avtomobil tədarük etməyi hədəflədiyini açıqlamışdı. Tesla-nın illik satışları bu hədəfi keçib. Ötən il şirkətin səhmləri 102 faiz bahalaşıb.
BYD-nin elektrikli avtomobil bazarında liderliyi göstərir ki, Çinin qlobal avtomobil sənayesində hökmranlığı artmaqdadır.
Çin son bir neçə ildə avtomobil ixracında ABŞ, Cənubi Koreya və Almaniyanı geridə qoyub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























