Yeni il hədiyyə qutuları ilə bağlı yoxlamalar aparılır
AQTA tərəfindən istehlak bazarına nəzarət və bayram günlərində əhalinin təhlükəsiz qida məhsulları ilə təmin olunması məqsədilə ölkədə fəaliyyət göstərən bir çox ticarət şəbəkəsində satışı həyata keçirilən Yeni il hədiyyə qutuları ilə bağlı monitorinq aparılıb.
Monitorinqlər çərçivəsində bu vaxtadək 299 sahibkarlıq subyektində 4220 məhsula baxış keçirilib. Yoxlamalar zamanı müəyyən olunan uyğunsuzluqlar əsasən məhsulları qablaşdıran müəssisələrin qida təhlükəsizliyi qeydiyyatından keçməməsi, qutuların üzərində qablaşma, məhsulun üzərində son istifadə tarixi barədə məlumatların yazılmaması, markalanmanın olmaması və yaxud düzgün aparılmaması və digər hallarla bağlı olub.
Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar Agentliyin Bakı regional bölməsi tərəfindən 17 sahibkarlıq subyektindən 403, Qazax-Tovuz regional bölməsi tərəfindən 14 sahibkarlıq subyektindən 789, Dağlıq-Şirvan regional bölməsi tərəfindən 13 sahibkarlıq subyektindən 654, Mil-Muğan regional bölməsi tərəfindən 10 sahibkarlıq subyektindən 158, Mərkəzi Aran regional bölməsi tərəfindən 4 sahibkarlıq subyektindən 62, Qarabağ regional bölməsi tərəfindən 7 sahibkarlıq subyektindən 43, Gəncə-Daşkəsən regional bölməsi tərəfindən 3 sahibkarlıq subyektində 140, Şəki-Zaqatala regional bölməsi tərəfindən 1 sahibkarlıq subyektində 60, Şirvan-Salyan regional bölməsi tərəfindən 3 sahibkarlıq subyektində 171, Quba-Xaçmaz regional bölməsi tərəfindən 2 sahibkarlıq subyektində 45, Abşeron-Xızı regional bölməsi tərəfindən 4 sahibkarlıq subyektində 85 qutu məhsul satışdan kənarlaşdırılıb.
Hazırda Yeni il hədiyyə qutuları ilə bağlı monitorinqlər davam etdirilir.
AQTA bir daha vətəndaşları ticarət şəbəkələrindən Yeni il hədiyyə qutuları alarkən diqqətli olmağa çağırır. Eyni zamanda hədiyyə qutularındakı qida məhsullarının tərkibi, yararlılıq müddəti, saxlanma şəraiti və digər hallarla bağlı şübhələri yarandığı təqdirdə, bu barədə Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























