Azərbaycanda virtual sərgi və konfrans məkanı istifadəyə verildi
“Azexport” regionun ilk virtual sərgi və konfrans məkanını istifadəyə verib.İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport.az” portalı tərəfindən Azərbaycanın və regionun ilk virtual sərgi və konfrans məkanı istifadəyə verilib.
Virtual sərgi zalında pilot olaraq 10 şirkət və media nümayəndələri üçün stendlər hazırlanıb. Bu stendlərdə məhsulların 3D forması ilə tanış olmaq və onlayn ticarət əməliyyatları aparmaq üçün müvafiq imkanlar yaradılıb.
Bununla yanaşı, hər stend üzrə təmsilçinin videogörüntülü və səsli olmaqla sərgi ziyarətçiləri ilə müzakirələrə qatılmaq fürsəti verilib. Bu, stendə yaxınlaşan sərgi ziyarətçiləri ilə daha rahat ünsiyyət qurmağa imkan verir. Virtual məkanda sərgilərin təşkili ilə yanaşı, yeni brendlərin təqdimatı, virtual görüşlərin təşkili, təlim və seminarların həyata keçirilməsi imkanları mövcuddur. Bunun üçün 500 nəfərlik rəqəmsal konfrans zalı hazırlanaraq istifadəyə verilib. Virtual məkan zamandan və məkandan asılı olmadan dünyanın istənilən nöqtəsindən istifadəyə acıq olmaqla “Made in Azerbaijan” brendli məhsulları daha geniş auditoriyaya çatdırmağa xidmət edir.
Qeyd edək ki, “MTradeVerse” platformasının dəstəyi ilə hazırlanmış rəqəmsal məkanın təqdimatında virtual ziyarətçilər sərgi və konfrans zallarında yaradılan imkanlarla tanış olublar. İştirakçılara yaradılan imkanlar barədə məlumat verilib. Növbəti mərhələdə platformaya əcnəbi ziyarətçilərin qatılması və sərgi ərazisinin genişləndirilməsi ilə yeni şirkət və məhsulların əlavə olunması nəzərdə tutulub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
10 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)




