Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
Vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi məqsədilə hazırlanmış “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi və onunla əlaqəli digər normativ-hüquqi akt layihələri Milli Məclis tərəfindən 3-cü oxunuşda qəbul edilib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti dəyişikliklər və onların əsaslandırılmasını hissə-hissə ictimaiyyətin diqqətinə təqdim edir.
Xidmətin hazırladığı məlumatda bildirilir ki, biznesin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviqi istiqamətində mühüm dəyişikliklərdən biri dividendlər üzrə vergi dərəcəsinin aşağı salınması ilə bağlıdır.
Məlum olduğu kimi, vergi qanunvericiliyində dividend gəlirləri üzrə bir sıra güzəştlər müəyyən edilib. Belə ki, 2019-cu il yanvarın 1-dən ƏDV ödəyicisi olmayan mikro sahibkarlıq subyekti hesab edilən rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki və hüquqi şəxslərin dividend gəlirləri gəlir, mənfəət və sadələşdirilmiş vergidən azaddır. Bu azadolma müddətsizdir. Eyni zamanda, Vergi Məcəlləsinə əsasən, emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend gəlirləri də 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətinə gəlir vergisindən azad edilib. Həmin azadolmanın müddəti 2023-cü il fevralın 1-də bitib. Kapital bazarının inkişafı istiqamətində görülən tədbirlərin davamı olaraq, 2023-cü il fevralın 1-dən etibarən 5 il müddətində kütləvi təklif edilmiş, tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən dividendlər və faiz gəlirləri gəlir vergisindən azad olunub. Artıq 2023-cü ildən başlayaraq, Vergi Məcəlləsində dividendlər üzrə vergi güzəştlərinin məhz birjada olan səhmlərə münasibətdə tətbiqi kapital bazarlarının inkişafı istiqamətində hədəfli təşviq siyasətinin tətbiq edildiyini göstərir. Beləliklə, birjadakı səhmlər üzrə dividendlər də vergidən azad edilib.
2023-cü ildə Vergi Məcəlləsində edilmiş dəyişikliklər bu istiqamətdə vergi güzəştlərinin hədəf yönümlüyünün artırılmasına hesablanıb. Hazırkı vəziyyətdə müəssisələrin təsisçiləri (payçıları) əsas etibarilə kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlərin sahibləri deyil, digər iştirakçılardır. Bu baxımdan, dividendlər üzrə ödəmə mənbəyində vergi dərəcəsinin 10 faizdən 5 faizə endirilməsi, dövlət və yerli özünüidarəetmə orqanlarının, büdcə təşkilatlarının, dövlətin adından yaradılan publik hüquqi şəxslərin dividend gəlirlərinə görə vergi azadolmasının ləğv olunaraq 5 faiz dərəcə ilə vergi tutulması istiqamətində Vergi Məcəlləsində dəyişiklik edilib.
"Dividend gəlirləri üzrə verilmiş bu vergi güzəştləri vasitəsilə Azərbaycanın regionda əlverişli investisiya mühitinə malik ölkəyə çevrilməsinə təkan verilməsi, kapital bazarlarında səhmlərə investisiyanın təşviqi, kapital bazarı iştirakçısı olmayan investorlar üçün sabit vergi mühitinin formalaşmasına nail olunması və mərkəzi icra hakimiyyəti orqanlarının dividend gəlirlərinin vergiyə cəlb edilməsi ilə təsisçilərin (payçıların) mülkiyyət növündən asılı olmayaraq, hər bir iştirakçı üçün bərabər iqtisadi şəraitin yaradılması hədəflənir",- Dövlət Vergi Xidməti bildirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 14 d. əvvəl
-
41 d. əvvəl
Qızılın qiyməti İran gərginliyi və gömrük tarifləri fonunda 5200 dollara yüksəlib
- 48 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
BOKT-un nizamnamə kapitalı 3 milyon manatı aşıb
Azərbaycan neftinin son qiyməti
“Zirə Gülçülük” şirkətinin gəliri və xalis mənfəəti azalıb
Xocalı soyqırımından 34 il ötür
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib


















