Mühasiblərin diqqətinə: sığorta ödənişlərinizi artıq bu qaydada edə bilərsiniz
(®) Ötən aylarda məlumat verildiyi kimi, 2024-cü ilin 10 yanvar tarixindən Hökümət Ödəniş Portalı (HÖP) veb saytı və mobil tətbiqi artıq fəaliyyətini dayandıracaq. Qeyd edilib ki, ölkədə fəaliyyət göstərən bütün bankların, həmçinin bir çox bank olmayan ödəniş xidməti təchizatçılarının internet və mobil bankçılıq həlləri Hökumət Ödəniş Portalına (HÖP) inteqrasiya edilib. Sözügedən qərar HÖP-ə inteqrasiya olunmuş bütün xidmət təşkilatları üzrə ödənişlərin bu platformalardan aparılması imkanının olmasını nəzərə alaraq verilib.
Bəs HÖP-ün ləğvindən sonra müştərilər büdcə ödənişlərini, xüsusilə də icbari sığorta haqqları ödənişlərini daha rahat və sistemli şəkildə necə edə bilər?
Müştərisi olduğunuz bankın İnternet bankçılıq sistemi və ya mobil tətbiqi vasitəsilə.
İnternet Banka daxil olduqdan sonra, müvafiq menyuda HÖP hissəsinə klik edirsiniz. Açılan pəncərədə “Büdcə ödənişləri”-ni seçərək, davam edirsiniz və növbəti səhifədə İcbari Sığorta Bürosu seçimini edirsiniz. Burada sənəd nömrəsi və ya VÖEN üzrə axtarış edərək, ödəniş etmək istədiyiniz müqaviləni tapa bilərsiniz. Ödənişləriniz elektron imza (ASAN İmza, SİMA) vasitəsilə imzaladıqdan sonra uğurlu ödənişlə bağlı bildiriş əldə edəcəksiniz.
Qeyd edək ki, sığorta ödənişlərinin gecikdirilməsi şirkətin 5000 AZN cərimə olunmasına səbəb ola bilər. İcbari Həyat Sığortası ilə bağlı daha ətraflı məlumat almaq üçün 012 942 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 12 d. əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
14 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nvidia-nın gəliri 73 faiz artıb
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






















