"Sənaye zonalarında istehsal olunan məhsulların bir çoxunun alıcısı Türkiyə şirkətləridir"
Dekabrın 21-də Bakıda keçirilən Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində İqtisadi Zonaların İnkişafı Agentliyi “Azərbaycan Respublikasında investisiya qoyuluşu imkanları” mövzusunda təşkil edilən panel iclasda təmsil olunub.
İclasda İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev ölkəmizdə mövcud sənaye zonalarında yaradılan əlverişli biznes imkanları, burada türkiyəli isahibkarlar tərəfindən həyata keçirilən investisiya layihələri barədə məlumat verib.
Diqqətə çatdırılıb ki, türkiyəli iş adamları tərəfindən sənaye zonalarına böyük maraq göstərilir. İndiyədək sənaye zonalarında 4 Türkiyə şirkəti rezident kimi qeydiyyatdan keçib. Bu şirkətlər tərəfindən ümumilikdə sənaye zonalarına təqribən 90 milyon manatdan artıq investisiyanın yatırılması, 1100-dən çox iş yerinin yaradılması nəzərdə tutulur.
Elşad Nuriyev bildirib ki, 2024-ci ildə Sumqayıt Kimya Sənaye Parkında Türkiyə kapitallı şirkətin - “Kartaş Kimya” MMC-nin tikinti kimyəvilərinin istehsalı müəssisəsinin fəaliyyətə başlaması nəzərdə tutulur. Bu müəssisənin fəaliyyətə başlaması ilə sənaye zonalarında fəaliyyət göstərən Türkiyə şirkətlərinin sayı 2-yə çatacaq. Hazırda “Kartaş Kimya” MMC tərəfindən Sumqayıt Kimya Sənaye Parkının 2,5 hektar ərzisində müəssisənin tikintisi istiqamətində işlər sürətlə davam etdirilir. Şirkətin fəaliyyətə başlaması ilə 250 daimi iş yeri yaradılacaq.
Bundan başqa Türkiyə şirkətləri əsasən sənaye zonalarında tekstil, əczaçılıq, qida və s. kimi layihələrin icrasında maraqlıdırlar.
"Sənaye zonalarında istehsal olunan məhsulların bir çoxunun alıcısı demək olar ki Türkiyə şirkətləridir. Qeyd edim ki, ixrac statistikası onu deməyə əsas veririk ki, 2023-cü ildə sənaye zonalarında istehsal edilən polipropilen, yüksək sıxlıqlı polietilen, azot gübrəsinin, quyu qapaqlarının, yağış suyu barmaqlığı, sürgülü siyirtmələr, korege, qofralı, hdpe borular, yeraltı yanğın hidrantlarının, aluminium silindrik pəstahının, sürtkü yağlarının, ferrosilisiumun, şüşə lövhələrin, tütün məmulatlarının, pambıq ipliyin Türkiyəyə ixracı həyata keçirilmişdir",- Elşad Nuriyev əlavə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
10 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























