“International” BOKT 10 illik yubileyini qeyd etdi - VİDEO
(®) “International” BOKT 2023-cü ilin 15 dekabr tarixində 10-illik yubileyini qeyd edib.
Şirkət 2013-cü ildə peşəkar komandası, böyüyən şəbəkəsi ilə fərdlərin və biznes sahiblərinin inkişafına dəstək vermək üçün təsis edilib.
2013-cü ildə 1 filial, 8 işçi, 339 müştəri və 300 min manat nizamnamə kapitalı ilə fəaliyyətə başlayan "International" BOKT bu gün 37 filialı, 312 mütəxəssisdən ibarət komandası, 8 milyon manat nizamnamə kapitalı və 15000-dən çox müştərisi ilə inkişaf etməkdədir.
"International" BOKT daim müstəri məmnunluğunu təmin etməyə va xidmət keyfiyyətini artırmağa böyük diqqət ayırır. "International" BOKT tərəfindən təmin olunan məhsul növlərinə lombard krediti, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkisafı Fondunun (SİF) və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kreditlərin İnkişafı Agentliyi (AKİA) vəsaiti hesabına verilən kreditlər, biznes kreditləri və istehlak kreditləri daxildir.
"International" BOKT 10-illik yubileyini qeyd etmək ərəfəsində iddialı hədəfləri özündə əks etdirən üçillik strategiyasını açıqlayıb. On il ərzində "International" bank olmayan kredit təşkilatı davamlı olaraq dayanıqlılıq, dəyişən ətraf mühitə uyğunlaşma və müştərilərinə və səhmdarlarına misilsiz dəyər qatmaq öhdəliyini üzərinə götürüb.
Yeni üçillik strategiyası şirkətin davamlı təkmilləşməyə və bazarın ən son inkişaf meyllərinə uyğun olaraq innovativliyə sadiqliyini əks etdirir.
"International" BOKT-un İdarə Heyətinin sədri cənab Nicat Həsənov bildirib: “Növbəti strateji dövrdə International BOKT hazırda 84%-i lombard kreditindən ibarət məhsul portfelini şaxələndirib SİF və AKİA kreditləri, lizinq, biznes və istehlak kreditlərinin payını artırmağı hədəfləyir. Müştəri sayını 2023-cü il üzrə 15,288-dən 2026-cı ildə 36,000 çatdırmaqla 2 dəfədən çox artırmağı hədəfləyirik. Şirkət həmçinin yeni strateji dövrdə müştərilərinin rahatçılığını təmin etmək məqsədilə kredit əldə etmək üçün mobil tətbiqi də istifadəyə verməyi planlaşdırır. Artıq müştərilərimiz filiala gəlmədən istədikləri vaxt, istədikləri məkandan kredit sifariş etmək imkanına malik olacaqlar”.
Şirkət keçdiyi yola və qarşısındakı gələcəyinə nəzər yetirərək onillik yubileyini minnətdarlıq hissi ilə qeyd edir və qarşıda duran iddialı məqsədlərinə doğru irəliləməyi səbirsizliklə gözləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)











.jpg)








