Azərbaycan - fermerləri, tekstil brendlərini və moda şirkətlərini birləşdirən təşkilata üzv olmağa hazırlaşır
13.12.2023-cü il tarixində Gəncə şəhərində Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda (BMTB ETİ) Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi və Azərbaycan Pambıq İstehsalçıları Assosiasiyasının təşkilatçılığı ilə “Better Cotton Initiative (BCI) ölkə üzvlüyünün əldə edilməsi” ilə bağlı ilkin təqdimat prosesi baş tutub.
Ölkəmizdə ilk dəfə keçirilən bu tədbirdə “MKT İstehsalat Kommersiya” MMC şirkəti, özəl laboratoriya nümayəndələri, elm xadimləri, pambıqçılıq sektorunda fəaliyyəti göstərən mütəxəssislər, eyni zamanda Avstraliya, Pakistan, Türkiyədən olan kənd təsərrüfatı üzrə məsləhətçilər iştirak etmişdir.
Təqdimat mərasimində tədbir iştirakçılarına Better Cotton Intitative-in mahiyyəti, fəaliyyət istiqamətləri, pambıq istehsalı məşğul olan biznes subyektləri, elmi-tədqiqat instititutları üçün faydaları barədə məlumat verildi.
"Better Cotton Initiative" (BCI) 2005-ci ildə təsis edilmiş və dünyanın ən böyük qeyri-kommersiya təşkilatıdır. Bu təşəbbüsün məqsədi daha davamlı pambıq əkini üçün qlobal əsaslı standart yaratmaqdır.
Bu missiyaya nail olmaq üçün BCI-nin lisenziyalı yetişdiriciləri (yəni beş qitədə 2 ölkədən 3,23 milyon nəfər) ətraf mühit, sosial və iqtisadi cəhətdən daha davamlı istehsal üsullarını tətbiq etmək üçün təlim keçirlər. Bu isə sudan daha səmərəli istifadə etmək, kimyəvi maddələrdən istifadəni və pestisidlərin mənfi təsirini minimuma endirmək, pambıq əkini ilə məşğul olan fermerlərin həyat şəraitini və iqtisadi inkişafını yaxşılaşdırmaq deməkdir.
BCI-nin pambıq becərilməsi ənənəvi pambığa qarışdırılmadan ayrılıqda aparılır. Yığım, emal proseslərindən keçən "Better Cotton" adlandırılan pambıq mahlıcı kipləri BCI üzvləri tərəfindən əldə edilir və bazara daxil edilir. Bu kiplər istehsal və təchizat zənciri boyu kütlə (çəki) balansını hesablayan sistem vasitəsilə izlənə bilər.
Better Cotton Initiative bütün dünyada fermerləri, tekstil brendlərini və moda şirkətlərini birləşdirir.
“MKT İstehsalat Kommersiya” MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 ildən çox iş təcrübəsinə malikdir. Şirkətin fəaliyyətinin əsas istiqaməti ölkənin 20 pambıqçılıq rayonundan 15-də pambığın yetişdirilməsi, tədarükü və daha sonra pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir. https://www.mktcotton.com/
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
5 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir

















.jpg)


