"Hazırda şirkətimizdə çalışan 7500-ə yaxın əməkdaşın 49 faizini qadınlar təşkil edir"
““OBA” qadınların karyera inkişafında bir tramplindir”
“Hazırda “OBA” şirkətində 7500-ə yaxın əməkdaş çalışır ki, bu sayın da 49 faizini qadınlar təşkil edir. Şirkətimizdə orta və natamam orta təhsili olan qadınlara yaradılmış iş imkanı onların karyera inkişafında xüsusi tramplin rolu oynayır. Əsasən satış sektoru olmaqla, təhsil səviyyəsindən asılı olmayaraq, qadınlara yüksəliş imkanı verilir”.
Bunu Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsinin marketinq kommunikasiyaları şöbəsinin müdiri Aynur Qaraqurbanlı BMT-nin Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə (WEPs) qoşulmuş şirkətlərin nümayəndələrinin qatıldığı tədbirdə bildirib.
İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin (SDC) dəstəyi ilə icra olunan “Cənubi Qafqazda Qadınların İqtisadi Gücləndirilməsi” layihəsi çərçivəsində BMTİP-in keçirdiyi tədbirdə “OBA” nümayəndəsi “Qadınları gücləndirən biznes təcrübələrini necə inkişaf etdirmək olar?” mövzusunda panel müzakirələrində təmsil etdiyi şirkətin təcrübələri barədə təqdimat edib və tədbir iştirakçılarının suallarını cavablandırıb.
“OBA” marketlər şəbəkəsinin təmsilçisi şirkətdə inklüziv yanaşma tərzindən, gender balansının qorunmasından və bu istiqamətdə həyata keçirilən layihələrdən bəhs edib: “Biz 2023-cü ildə “Qadının gücü” layihəmiz ilə istər əməkdaşımız olan, istərsə də fəaliyyət göstərdiyimiz ərazilərdə yaşayan kiçik və orta sahibkar qadınlara xüsusi dəstək olduq. Ölkənin bir neçə regionunda işsiz qadınlar üçün satış təlimlər keçirdik və onları işlə təmin etdik”.
Qeyd edək ki, “OBA” marketlər şəbəkəsinin daxil olduğu Veysəloğlu Şirkətlər Qrupu 2022-ci ildə BMT-nin Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə (WEPs) qoşulub.
Şirkət kişilərin daha çox çalışdığı sahə kimi tanınan pərakəndə satış və logistika sektorunda qadınların karyera qurmalarına töhfəsini verir. Veysəloğlu Şirkətlər Qrupu hazırda 8000 nəfərdən çox qadının iş yeridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 57 d. əvvəl
- 59 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
1 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
3 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 13 saat əvvəl
-
17 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
19 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
19 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
20 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
Son Xəbərlər

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur

Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb

Fitch İtaliyanın kredit reytinqini yüksəltdi

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
Ən çox oxunanlar

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
