Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Azərbaycan Ukraynaya 20 TIR-dan ibarət yük avtomobili karvanı ilə yola saldı

Elektrik avadanlıqlarından ibarət humanitar yardımın növbəti hissəsi Ukraynaya göndərilib
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan Ukraynaya 20 TIR-dan ibarət yük avtomobili karvanı ilə yola saldı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 iyul tarixli Sərəncamına uyğun olaraq Ukrayna xalqına humanitar yardım göstərilməsi məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarının növbəti hissəsi bugün göndərilib.

Bu barədə Marja-ya Energetika Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Sumqayıt Texnologiyalar Parkının ərazisindən 20 TIR-dan ibarət yük avtomobili karvanı ilə yola salınan humanitar yardıma 551 min metrdən çox elektrik kabelləri və naqilləri, həmçinin 6 ədəd komplekt transformator məntəqəsi daxildir.

Xatırladaq ki, ümumi məbləği 7.6 milyon ABŞ dolları olan sözügedən humanitar yardımın ilk hissələri cari ilin 30 oktyabr və 21 noyabr tarixlərində Ukraynaya göndərilib. Növbəti hissələrin yaxın müddət ərzində göndərilməsi planlaşdırılır.

08.12.2023 10:08

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18