Havanın isti və quraq keçməsi sahələrdə zərərli orqanizmlərin çoxalmasına şərait yaradıb
"Belə isti, əlverişli hava şəraitində siçanabənzər gəmiricilərin pik həddə çatması ehtimalı böyükdür",Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə gələn ilin məhsulu üçün 65 min hektar sahədə payızlıq dən bitkilərinin səpini proqnozlaşdırılır. İndiyədək 26 min 456 hektarı buğda və 36 min 436 hektarı dən üçün arpa olmaqla, 62 min 892 hektar sahəyə toxum səpilib. Hazırda Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin (BMFM) Şəki rayon Mərkəzi və digər dövlət qurumlarının mütəxəssisləri tərəfindən taxıl sahələrində mütəmadi monitorinqlər həyata keçirilir.
Mərkəzin rəisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Tələt Mehdiyev bildirib ki, havanın uzun müddət isti və quraq keçməsi səpin sahələrində zərərli orqanizmlərin, xüsusilə siçanabənzər gəmiricilərin əhəmiyyətli dərəcədə çoxalmasına şərait yaradıb. Mərkəzin mütəxəssisləri tərəfindən yeni səpilmiş taxıl sahələrinin 19 min 913 hektarında fitosanitar müşahidələr aparılıb, 10 min 631 hektarda sirayətlənmə aşkar edilib. Sirayətlənmiş sahələrin 989 hektarında siçanabənzər gəmiricilərin populyasiya sıxlığı, iqtisadi zərərvermə həddindən çox olduğu üçün büdcə vəsaiti hesabına aldadıcı yem hazırlanaraq kimyəvi mübarizə tədbirləri aparılıb.
Mərkəz rəsmisinin sözlərinə görə, son illərdə siçanabənzər gəmiricilərin belə pik həddə çatması 2019-cu ilin payızı və 2020-ci ilin yazında müşahidə olunub. Artıq depressiya dövrünün 4-cü ili olduğu üçün belə isti, əlverişli hava şəraitində siçanabənzər gəmiricilərin pik həddə çatması ehtimalı böyükdür. Hazırda mütəxəssislər tərəfindən müşahidə və mübarizə tədbirləri davam etdirilir.
Tələt Mehdiyev bildirib ki, sahələrə səpilən toxumun 5 min 88 tonu xəstəlik və torpaq zərərvericilərinə qarşı geniş spektrli insekto-fungisidlərlə dərmanlanıb. Bu isə vegetasiya ərzində sürmə, kök çürüməsi, fuzarioz, alternarioz kimi xəstəliklərə, həmçinin taxıl böcəyi sürfələri, taxıl sovkası və məftil qurdları kimi zərərvericilərə qarşı taxıl bitkilərinin effektli mühafizəsi deməkdir.
Bildirilib ki, səpin aparılmış bəzi sahələrdə payızlıq və qışlıq alaq otlarının inkişafı müşahidə edildiyi üçün belə sahələrdə, ümumilikdə 330 hektarda alaq otlarına qarşı 2,4 D törəməli herbisidlərlə kimyəvi mübarizə tədbirləri aparılıb.
Mərkəz rəisinin məlumatına görə, səpin müddətində 5,2 min ton ammofos və nitrofoska gübrələrindən istifadə edilib. Hazırda səpin yekunlaşmaq üzrədir. Hava şəraiti ilə əlaqədar səpin sahələrində səpsuvar həyata keçirilir.
© Azərtac
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
-
- 3 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
12 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)






.jpg)




.jpg)






