“PAŞA Bank”ın daha bir xidməti “SİMA İmza” vasitəsilə tam rəqəmsallaşdı!
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılmış “SİMA İmza” maliyyə institutları ilə əməkdaşlığını genişləndirməyə davam edir.
2022-ci ildən “SİMA”nın tərəfdaşı olan “PAŞA Bank” müştərilərinə təqdim etdiyi daha bir xidməti “SİMA” yeni nəsil rəqəmsal imza vasitəsilə rəqəmsallaşdırıb. Artıq müəssisə təsisçiləri biznes kreditlərinin onlayn rəsmiləşdirilməsi zamanı tələb olunan “zaminlik müqaviləsi” ni “SİMA İmza” ilə məsafədən imzalaya biləcəklər.
Bu günə qədər belə kreditlərin rəsmiləşdirilməsi zaman fiziki şəxslər olan təsisçi tərəfindən sənədlərin fiziki olaraq banka təqdim etməklə və ya digər bir sertifikatlaşdırılmış elektron imzanı əldə etməklə təqdim edə bilərdi. Digər sertifikatlaşdırılmış elektron imzanın alınması üçün həmin xidmət məntəqəsinə getməyi, tətbiq olunduqda isə müvafiq zəruri ödənişləri etməyi tələb edirdi.
Artıq “SİMA İmza” vasitəsilə qeyd edilən proses tam rəqəmsallaşdırılıb. Bununla da sahibkarın (təsisçinin) sənədi Banka gələrək fiziki imzalamaqla vaxt itirməsinə və ya digər sertifikatlaşdırılmış elektron imza əldə etmək üçün hər hansı xidmət məntəqəsinə getməsinə ehtiyac qalmadı. Bundan sonra təsisçilər “zaminlik müqaviləsi”ni “SİMA İmza” ilə dərhal imzalamaqla banka getmədən Şirkətlərinin krediti əldə etməsinə bilavasitə dəstək olacaqlar.
“SİMA” tətbiqinin pulsuz olması və əlçatanlığı “PAŞA Bank” müştəriləri üçün rahatlıq yaradır. Bunun üçün heç yerə getmədən mobil telefona yükləmək və qeydiyyatdan keçmək kifayətdir.
Xatırladaq ki, “PAŞA Bank” ilə həyata keçirilmiş öncəki inteqrasiyaya əsasən, bankın əməkhaqqı kartı sahibləri nağd pul kreditləri ilə bağlı sorğularını mobil tətbiq üzərindən göndərə, müvafiq sənədləri “SİMA” yeni nəsil rəqəmsal imza vasitəsilə imzalayaraq məsafədən kredit əldə edə bilirlər.
“SİMA İmza” həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlüklər yaradır. Yeni nəsil rəqəmsal imza ilə maliyyə xərcləri azalır, vaxt itkisi aradan qalxır. Həmçinin “SİMA İmza”nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma funksiyası istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır.
Vətəndaşların bu imkanlardan faydalanmaq üçün “SİMA İmza” tətbiqini mobil cihaza yükləməsi və bir dəfə qeydiyyatdan keçməsi kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran “SİMA İmza” ölkəmizdə biznes proseslərini sürətləndirəcək.
“SİMA” yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
6 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
6 saat əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
Ən çox oxunanlar
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!























