Təhsil Menecmenti Zirvəsi öz işini uğurla yekunlaşdırdı!
(®) "Roof Academic Training" və "Facemark" şirkətlərinin birgə təşkilatçılığı, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilati dəstəyi, “Başkent” restoranlar şəbəkəsinin dəstəyilə keçirilən Təhsil Menecmenti Zirvəsi uğurla yekunlaşıb.
Tədbirdə “Gələcək İndi” konsept mesajı ilə “Təhsildə strateji idarəetmə”, “Təhsildə rəqəmsallaşma və innovasiyalar” və “Yeni nəsil, yeni istəklər” panelləri üzrə 3 moderator, 15 spiker bir araya gələrək sahə üzrə əldə edilən təcrübələrin mübadiləsini həyata keçirib.
Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başlayıb. Daha sonra Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib.
Zirvə “ROOF Academic Training” şirkətinin təsisçisi və direktoru Rüfət Hüseynzadənin və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynovun açılış nitqləri ilə davam edib.
“ROOF Academic Training” şirkətinin təsisçisi və direktoru Rüfət Hüseynzadənin moderatorluğunu icra etdiyi “Təhsildə strateji idarəetmə” panelində peşəkar idarəçi, sahibkar Rasif Dünyamalıyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Məmmədov və ADA Universitetinin Strategiya və İnkişaf üzrə prorektoru Vəfa Kazdal, “British Council” ölkə direktoru Nərgiz Hacıyeva, ADA Universitetinin dosenti və “Qarabağa Dönüş” təşkilatının sədr müavini Gülməmməd Məmmədov öz təcrübələrini bölüşüblər.
"Təhsildə rəqəmsallaşma və innovasiyalar" paneli "LTC Lab" təhsil mərkəzinin həmtəsisçisi Əli Xəyyamın moderatorluğu ilə baş tutub. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Rəqəmsal Səriştələrin İnkişafı Departamentinin rəhbəri Fatimə Ələkbərova, “Code Academy” şirkətinin təsisçi və icraçı direktoru Ülvi Aslanov, Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru Fariz Əhmədov, Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının idarə heyətinin sədri Heydər Eminli, Avropa Azərbaycan məktəbinin icraçı direktoru, CCAAIBWS Assosiasiyasının sədri Francesco Banchini çıxış ediblər.
"Yeni nəsil, yeni istəklər" paneli ˝LIBRAFF˝ kitab mağazalarının PR meneceri Sərxan Rüstəmovun moderatorluğu ilə davam edib. Elm və Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması sektorunun müdiri Fuad Qarayev, "Kvant Academy"nin təsisçi və direktoru Afərin Əkbərli, Cənubi Florida Universitetinin Tədqiqat Asistenti Laləxanım Orucova, sahibkar Xəqani Səfərov, "DAHA intellekt vadisi"nin direktoru Aqşin Yenisey panelin spikerləri olmuşdur.
Facebook: https://www.facebook.com/tehsilmenecmentizirvesi
İnstaqram: https://www.instagram.com/tmzbaku
LinkedIn: https://www.linkedin.com/company/98491998
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb




.jpg)









.jpg)



