VTB (Azərbaycan) SİMA İmza ilə fərdi və biznes krediti rəsmiləşdirməyə başlayan ilk bankdır
(®) VTB (Azərbaycan) pərakəndə müştərilər üçün nağd kreditlərin və biznes üçün mikrokreditlərin SİMA İmza gücləndirilmiş rəqəmsal imza ilə tam məsafədən rəsmiləşdirilməsinə başlayıb.
Xidmətdən istifadə etmək üçün həm yeni, həm də mövcud müştərilər, VTB (Azərbaycan)-ın rəsmi saytında nağd pul krediti və ya mikrokredit məhsulunu seçməli, ərizə doldurmalı, video identifikasiyadan keçməli, bankın qərarını gözləməli və SİMA İmza-dan istifadə etməklə sənədləri imzalamalıdır. Kredit verilmə proseduru başa çatdıqdan sonra vəsait borcalanın hesabına dərhal köçürüləcəkdir.
“Bank məhsulları xəttinin rəqəmsallaşdırılması bizim üçün ən vacib öhdəliklərdən biridir. Məsafədən xidmətlərin tətbiqi müştərilərin və bankların yükünü azaldır, vaxta və pula qənaət etməyə zəmin yaradır. SİMA İmza ilə inteqrasiya sayəsində pərakəndə və korporativ müştərilərimiz özlərinə uyğun olan və istənilən vaxt kredit əldə edə bilərlər. Eyni zamanda, kredit müraciəti prosesi tamamilə təhlükəsizdir. Bu gün biz bütün seqmentlərdə müştərilərin yüksək maliyyə aktivliyini qeyd edirik. İlin 9 ayının sonunda əhaliyə verilən pərakəndə kreditlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz, sahibkarlıq subyektlərinə isə 23 faiz artıb. Biz gözləyirik ki, mövsümi amil və qarşıdan gələn yeni ili nəzərə almaqla bu tendensiya ilin sonuna qədər davam edəcək və yeni kredit imkanları göstəricilərimizi artırmağa imkan verəcək”, - deyə VTB (Azərbaycan) bankının idarə heyətinin sədri İqor Okayev bildirib.
VTB (Azərbaycan)-da SİMA İmza-dan istifadə etməklə siz 3 aydan 59 aya qədər 300-40 min manat arası istehlak krediti əldə edə bilərsiniz. SİMA İmza ilə müraciət etdikdə 1 faiz bəndinə qədər güzəşt tətbiq olunur. Sahibkarlara isə 36 ayadək 15 min manatadək mikrokredit verilir.
Kreditin rəsmiləşdirilməsi ilə bağlı ətraflı məlumatı bankın www.vtb.az/ru internet səhifəsindən və ya 986 nömrəli əlaqə mərkəzinə zəng etməklə əldə etmək olar. SİMA İmza rəqəmsal imzanın əldə edilməsi və istifadəsi ilə bağlı məlumatı www.sima.az internet saytından və ya 157 nömrəsindən öyrənə bilərsiniz.
SİMA İmza – bulud, açıq açar və üztanıma texnologiyalarına əsaslanan yeni nəsil gücləndirilmiş rəqəmsal imzadır. Mobil tətbiq əsaslı SİMA İmza əlavə vasitələrə ehtiyac olmadan, istənilən yerdən və istənilən zaman daha rahat şəkildə elektron xidmətlər əldə etməyə imkan verir. SİMA İmza Azərbaycan Respublikasının vətəndaşları, habelə fərdi sahibkarları tərəfindən istifadə olunur. Hüquqi olaraq əl imzasına bərabər tutulan SİMA İmza üztanıma texnologiyasına əsaslandığı üçün bir şəxsin SİMA İmzası ilə başqa bir şəxsin imza etməsi mümkünsüzdür. SİMA İmza Azərbaycan Respublikasının “Elektron imza və elektron sənəd haqqında”, “Biometrik informasiya haqqında” qanunlarına və Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında elektron imza və elektron sənədlə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” qərarına tam uyğundur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
2 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
2 saat əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
Ən çox oxunanlar
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!





















