Tayland turistlərə böyük endirimlər edəcək
Tayland hakimiyyəti turistlərə qışda xidmətlərə görə 80%-ə qədər endirimlər vəd etdiTailandda əcnəbi turistlər qış mövsümündə müxtəlif xidmətlərə görə 80 faizə qədər endirimlərdən yararlanmaq imkanı əldə edəcəklər.
Marja.az xəbər verir ki, bunu yerli “The Nation” qəzeti yazır.
Nəşr qeyd edir ki, Taylandın Turizm İdarəsi (TAT) turizm sənayesini inkişaf etdirmək üçün “Amazing Thailand Expat Privileges” proqramını işə salıb. Proqram turistlərə müxtəlif xidmətlər üzrə 80%-ə qədər endirimlərin təmin edilməsini nəzərdə tutur. Bundan əlavə, əcnəbilər milli parkları pulsuz ziyarət etmək imkanı əldə edəcəklər. Proqram 2024-cü ilin fevral ayının sonuna qədər etibarlı olacaq.
Kampaniyanın saytından verilən məlumata görə, qeydiyyatdan keçmiş istifadəçilər artıq Taylandda spa prosedurlarına, milli restoranlara və ustad dərslərinə baş çəkmək üçün endirimlərə malikdirlər.
Bildirilib ki, bu təşəbbüs ölkənin gələn il turizm məqsədlərinə çatmasına, o cümlədən sənaye gəlirinin üç trilyon baht (85,5 milyard dollar) artırılmasına kömək edəcək.
Noyabrın əvvəlində ölkə hakimiyyəti 2023-cü ilin əvvəlindən on ay ərzində Taylanda 22 milyondan çox xarici turistin səfər etdiyini bildirmişdi. Qış mövsümünün başlaması və 60-dan çox ölkə ilə vizasız rejimin tətbiqi fonunda turist axınının daha da artacağı gözlənilir. Tailand ilin sonuna qədər 25-28 milyon xarici turisti qəbul etməyi planlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























