Ötən həftə ən çox bahalaşan əmtəə
Ötən həftə ən çox bahalaşan əmtəə məhsulu 9,4% qiymət artım ilə palladium olub.
Marja.az xəbər verir ki, əmtəə bazarında ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz artırması prosesinin sonuna çatmış ola biləcəyi gözləntiləri ilə qiymətli metallarda artım ön plana çıxıb. Ötən həftə qızıl 2,2%, gümüş 6,8%, platin isə 6,8% dəyər qazanıb. Əvvəlki həftələrdə kəskin ucuzlaşan palladium isə keçən həftə 9,4 faiz baalaşıb.
Analitiklər, ABŞ-da inflyasiyanın gözlənildiyindən daha çox səngiməsi və bununla əlaqədar olaraq FED-in faiz artırmaqda sona çatması ilə bağlı artan gözləntilərin qiymətli metalları, xüsusilə də qızılın qiymətlərini dəstəklədiyi qənaətindədir. Əsas metallara nəzər salsaq, keçən həftə mis 3,9 faiz, qurğuşun isə 4,4 faiz bahalaşıb, alüminium 1,4 faiz, nikel 2,3 faiz və sink 0,5 faiz ucuzlaşıb.
FED-in pul siyasətinin sona çata biləcəyinə dair proqnozlar gücləndikcə mis tələbinə dair ümidlər artsa da, iqtisadiyyatlardakı yavaşlama siqnallarının durğunluğa çevrilə biləcəyi ilə bağlı narahatlıqlar bəzi metallara mənfi təsir edir. Keçən həftə enerji məhsullarının qiymətləri düşmüşdü.
Ötən həftə Çikaqo Ticarət Birjasında ticarət edilən buğda 0,4 faiz, qarğıdalı 4,6 faiz, düyü isə 4 faiz bahalaşıb, soya 0,3 faiz ucuzlaşıb.
Öən həftə ən çox dəyər qazanan əmtəə məhsulu olan paladiumun 7 mart 2022-ci ildə unsiyası 3 min 435 dollar olmaqla ən yüksək səviyyəyə çatmışdı. Sonrada davamlı olaraq ucuzlaşmış, noyabrın 10-da 949 dollaradək düşmüşdü.
İlin sonuna yaxınlaşdıqca investorlar və treyderlər tərəfindən mövqelərin bağlanması baş verir.
Palladium dizel və benzinlə işləyən avtomobillərin katalitik sistemlərində istifadə olunur. Elektrikli avtomobillərin satışı artdıqca onların istifadəsi azalacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























