Azərbaycanda əhalinin evə olan ehtiyacının öyrənilməsi üçün sorğu keçiriləcək
Azərbaycanda əhalinin yaşayış sahələri ilə təminatlılıq səviyyəsinin və ehtiyacının qiymətləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması üsullarının müəyyən olunmasına dair ictimai sorğu keçiriləcək.
Marja.az xəbər verir ki, sorğu İpoteka və kredit Zəmanəti Fondunun sifarişi ilə "LİDER PROPERTY" MMC şirkəti tərəfindən keçiriləcək.
Fond şirkət ilə məbləği 24.900 manatdır. Sorğu 17 fevral 2024-cü il tarixinədək başa çatmalıdır.
Sorğunun keçirilməsinin məqsədi - əhalinin yaşayış sahələri ilə təminatlılıq səviyyəsinin, yaşayış sahələrinin və müvafiq maliyyə alətlərinin əlçatanlığının və əhalinin ehtiyaclarına uyğunluğunun qiymətləndirilməsi, yaşayış sahələrinə dair tələbin kəmiyyət və keyfiyyət göstəricilərinin, habelə yaşayış sahələrinin yaxşılaşdırılması ilə bağlı məhdudiyyətlərin araşdırılmasıdır.
İctimai sorğunun keçirilməsi zamanı proporsionallığın təmin edilməsi və sorğuların ölkənin bütün ərazilərini əhatə etməsi üçün, ev təsərrüfatlarının seçimində "klaster" seçimi metodundan istifadə edilməsi nəzərdə tutulur. Metoda əsasən sorğu keçirilən şəhərlər müəyyən ərazilərə (klasterlərə) bölünməli və klaster kimi bir seçki dairəsi götürülməlidir.
Böyük şəhərlərdə bir klasterdə 15 müsahibə, kiçik şəhərlərdə isə 10 müsahibə keçirilməli və hər bir klasterdə isə təsadüfi addım seçimi metodologiyasından istifadə olunmalıdır.
Sorğu Bakı, Gəncə, Quba, Lənkəran, Mingəçevir, Yevlax, Şəki, Şirvan, Sumqayıt və Xırdalanda ən azı 3000 ev təsərrüfatı arasında keçirilməlidir:
Sorğu – respondentlər tərəfindən təqdim edilən anketin suallarının cavablanlandırılması metodu ilə aparılmalıdır.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb






.jpg)









.jpg)



