Konteyner milyarderindən xəbərdarlıq
Dünyanın üçüncü ən böyük konteynerdaşıma şirkəti olan Fransanın "CMA CGM" şirkətinin rəhbəri milyarder Rodolphe Saade sektorun çətin bir dövrə daxil olacağı barədə xəbərdarlıq edib.
Marja-nın məlumatına görə, milyarder direktor bildirib ki, pandemiya dövründə sifariş edilən yeni gəmilərin 2024-cü ildə istifadəyə verilməsilə qiymətlər düşə bilər:
Saade, "Bizim sektorda problem, gələn ildən bazara bir sıra konteyner gəmilərinin çıxmasıdır və bu, tələb və təklif arasında balanssızlıq yaratmaq riski daşıyır",- deyib.
"Gələn il ticarətdə 2-3 faiz artım gözləyirik" deyən Saade, "CMA CGM"nin fəaliyyət göstərdiyi ölkələrdə əhəmiyyətli bir bazar payına sahib olduğunu və bunun da çətinliklərin öhdəsindən gəlməsinə kömək edəcəyini söyləyib.
"Dənizçilik sənayesi bu eniş-yoxuşlara öyrəşib. Biz 2021 və 2022-ci illərdə əla nəticələr əldə etdik, indi çətin dövrə daxil oluruq və bunun üçün təchiz olunmuşuq", - Saade deyib.
Bu ilin əvvəlində dünyanın ən böyük konteynerdaşıma şirkətləri olan "Maersk" və "Mediterranean Shipping Co." qlobal logistika sahəsində rəqabətin artdığı bir şəraitdə, on ildən sonra gəmi paylaşmaq əməkdaşlığını bitirəcəklərini açıqlayıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 7 saat sonra
-
-
8 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























