"Gürcüstan, Ukrayna və Moldova ilə eyni vaxtda Avropa İttifaqına daxil olacaq, bu, "böyük partlayış" olacaq"
Gürcüstan prezidenti Salome Zurabişvili bildirib ki, Gürcüstan, Ukrayna və Moldova eyni vaxtda Avropa İttifaqına (Aİ) daxil olacaqlar.
Marja xəbər verir ki, o, bu fikri Fransanın LCI kanalına müsahibəsində bildirib.
Aparıcı qeyd edib ki, Avropa Şurasının prezidenti Şarl Mişel Ukraynanın 2030-cu ilə qədər Avropa İttifaqına üzv olması nəzərdə tutlub və Gürcüstan daha sonra üzv ola bilər.
“Xeyr. Düşünürəm ki, bu, eyni vaxtda baş verəcək. Bunun 2030, 2031 və ya 2029-cu ildə baş verəcəyini bilmirəm, amma bu, necə deyərlər, yeni bir "böyük partlayış" olacaq. Biz üçlüyük: Moldova, Ukrayna və Gürcüstan”, - Zurabişvili cavab verib.
Oktyabr ayında Mişel Ukraynanın 2030-cu ilə qədər Aİ-yə üzv ola biləcəyini etiraf edib. Daha sonra Avropa İttifaqının xarici siyasət departamentinin rəhbəri Josep Borrell izah edib ki, Avropa Şurasının rəhbəri tərəfindən təyin olunan tarix “siyasi təlimatdır”. “Tarix təyin etməkdə məqsəd hərəkata başlamaq üçün siyasi enerjini səfərbər etməkdir. Amma bu, dəqiq vaxt çərçivəsi demək deyil”.
2022-ci ilin iyununda Ukrayna və Moldova Aİ-yə üzv olmaq üçün namizəd ölkə statusu alıblar. Avropa Komissiyası da Gürcüstanın müraciətinə baxıb, lakin indiyədək rədd edilib.
Ukrayna prezidenti Vladimir Zelenski hərbi əməliyyatların başlanmasından sonra 2022-ci ilin fevralında ölkənin Avropa İttifaqına daxil olması üçün ərizə imzalayıb. Ukraynanın ardınca Gürcüstan və Moldova ərizə təqdim edib. Gürcüstan 12 şərti yerinə yetirməlidir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
- 34 d. əvvəl
-
- 48 d. əvvəl
- 51 d. əvvəl
-
2 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
-
3 saat əvvəl
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
Ən çox oxunanlar
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI
İyunun 13-də gözlənilən hava şəraiti
























